Əvəllər qurd xəstəliyinin kasıb ölkələrdə daha çox olması barədə məlumatlar yayılırdı. Buna səbəb isə onların yaşayış, səhiyyə və sanitariya səviyyəsinin aşağı olması göstərilirdi. Son illərin statistikası isə qurd xəstəliyinin inkişaf etmiş ölkələrdə də yayıldığını qeyd edir. Son illərin araşdırmaları isə Yer kürəsi əhalisinin 50%-nin qurd xəstəliklərindən əziyyət çəkdiyini göstərir.
Amerikanın Merilend ştatının Universitetinin həkimləri insan orqanizmdə on illərlə yaşağıb heç bir patoloji əlamət verməyən qurdlarn olduğunu söyləyirlər.
Mütəxəssislər uzun illər insan bədənində yaşayan parazitlərin yaşadıqları orqanizmə tabe olmalarını isə yaxşı hal dlandırırlar. Mütəxəssislər hətta bəzi orqanzmlərin yüngül və təhlükəsiz qurdlardan xilas olmaq qabiliyyətinin olmasını da qeyd edirlər.
Bağlrsaqların qurd xəstəliklərindən xilas olunması prosesi əksər ölkələrdə tətbiq edilıir. Amma, nə qədər təmizlənsələr də onlardan birdəfəlik xilas olmaq mümkün deyil. Çünki, helmintlər bizim həyatımızın bir parçasına çevriliblər. Yəni siz xüsusi dieta ilə qida qəbul etsəniz də, qidalarınıza nəzarət altında saxlasanız da parazit xəstəliklərinə asanlıqla yoluxa bilərsiniz.
Aşağıdakı əlamətlər sizdəı qurd xəstəliklərinin olmasından xəbər verir:
Siz özünüzü yorğun, əzgin və halsız hiss etsəniz sizdə qurd xəstəliyi ola bilər.
Xarici ölkəyə səfər etdiyiniz zaman sizdə ishal baş versə ola bilər.
Qida qəbulundan sonra mədə-bağırsağınızda köpmə baş verərəsə ola bilər.
Sizdə tez-tez qida zəhərlənmləri baş verərsə ola bilər.
Gecələr yuxuda diş qıcanmalar və qəfil oyanmalar qurd xəstəliklərindən ola bilir.
Dəmir defisit anemiya qurd xəstəliklərindən əmələ gələ bilər.
Dəridə qaşınmalar, səpgilər qurd xəstəliklərinin əlamətləri sayılır.
Gec yuxuya getmə qurd xəstəlikləri səbəbindən baş verəı bilir.
Əzələlərdə və oynaqlarda heç bir xəstəlik olmadan baş verən ağrılar qurd xəstəliklərindən əmələ gələ bilir.
Səbəbi bilinməyən qəbizlik və ya ishal qurd xəstəliklərindən meydana çıxa bilir.
Parazitlər orqanizmə haradan daxil olur?
Parazitlərin orqanizmə ən asan daxil olunma yolu yaxşı yuyulmanmış əllərdir. Bu səbəbdən qurd xəstəliklərinə ən çox uşaqlar yoluxur. Mikroskopik parazitlər isə insan oprqanizminə meyvə – tərəvəz vasitəsilə orqanizmə daxil olur. Parazitlərin daxil olma yollarından biri də yaxşı bişməmiş ətdir. Orqanizmində parazitin əmələ gəlməsinə bağırsağında parazit olan adamla öpüşmək, evdə heyvan saxlamaq da səbəb ola bilir.
Bağırsaq parazitləri
Bu ən çox immun sistemi aşağı düşmüş adamların bağırsaqlarına inkişaf edib çoxalır. Bağırsaq qurdaları həzm sisteminə təsir edir və onun funksiyasını pozur. Bu parazitlərə yaxşı yuyulmamış meyvə-tərəvəzlərdən və sudan yoluxmaq olur.
Sizin yoluxa biləcəyiniz bir-neçə növ parazit var
Trixinella – mikroskopik parazitdir. Qida və ət qəbulu vasitəsilə yoluxur.
Nematod – bu helmentlər Yer kürəsi əhalisinin 740 milyona yaxın insanında var. Əvəllər bu parazitə Amerikanın cənub-şərqində rast gəlinirdi. Bu parazitlərə ayaqyalın gəzən adamlarda rast gəlinir.
Dientamoeba Fragilis – bu ən xırda parazitlərdən hesab edilir və onlar yoğun bağırsaqda yaşayırlar. Mütəxəssislər bu parazitlərin orqanizm hansı yolla daxil olduğunu hələ də tapa bilməyiblər.
Bağırsaqlarda yaşayan parazitlər əksər hallarda heç bir əlamət vermədən uzun illər orada yaşaya bilirlər.
Orqanizmiparazitlərdən necə xilas etməli?
Bir çox dünya öklələrində parazitlərə qarşı mübarizəni ardıcıl olaraq aparırlar. Bu yolla onlardan xilas olmaq daha effektlidir. Bu cür təmizlənmədən sonra 7-10 gün müddətinə bitki dəmləmələri içmək parazitlərdən təmizlənməni daha effektli edir.
Orqanizmi parazitlerdən təmizləmək üçün ən təsirli bitki dəmləmələri yovşandan, kəklikotundan, ayıpəncəsi kökündən, qoz yarpağından,mixəkdən, istiotdan və amar yosunundan hazırlanır. Bu bitkiləriin qarışımını apteklərədən ala bilər və ya super marketlərdən ayrı-ayrı alıb özünüz qarışdırıb dəmləmə hazırlaya bilərsiniz.
Yuxarıda adları sadalanan bitki qarışımının dəmləməsi orqanizmə antibakterial, antiparazit, antimikrob və göbələk əleyhinə təsir göstərir.Qarışım öd ifrazını artıraraq həzmi yaxşılaşdırır parazitləri və parazit yumurtalarını məhv edir. Adları çəkilən bitkilərin dadı kəsin olsa da onun qəbulundan sonra bağırsaq qurdlarının orqanizmdən xaric olunması sübut olunub. Dəmləməni içdikdn sonra xaric olunan qurdların ölçüləri sizi qorxutmasın, çünki onlar ölmüş halda xarıc olunurlar.
Orqanik.az