Sizdə bu simptomlar varsa, qaraciyəriniz TƏHLÜKƏDƏDİR. Qaçırmayın!

Qaraciyəri “lal orqan” adlandırırlar. Qaraciyərdə sinir ucları yoxdur bu səbəbdən bu orqan ağrımır. Ağrı yalnız qaraciyər böyüyəndə və öz kapsulunu dartanda əmələ gəlir.

Lakin qaraciyərdə problemlərin olmasına bəzi digər simptomlar işarə edə bilər.

Bu simptomlar arasında:

– Dilin üzərində ərp

Orqanik.az bildirir ki, qaraciyər xəstəlikləri zamanı dilin üzərində qalın sarı və ya sarılı-yaşıllı ərp əmələ gələ bilər.  

– Ürəkbulanması

Ürəkbulanması ilə yanaşı bəzi qidala ikrah hissi yarana bilər, iştaha pozula və ya tam itə bilər, qusma da mümkündür.

– Nəcisin açıq rəngdə olması

Bu çox ciddi və təhlükəli simptomdur. Bu simptom qaraciyərin zədələnməsi və həmçinin mədəaltı vəz və öd yollarında xoşagəlməz proseslərə işarə edə bilər.

– Qanaxmalar

Qaraciyər patologiyaları zamanı qan laxtalanması proseslərində pozulmalar inkişaf edə bilər ki, nəticədə xəstədə burun qanaxmaları, qadınlarda menstrual qanaxmaların artması və s. ola bilər.

– Dərinin, gözlərin, selikli qişaların saralması

Bu hepatit və hətta qaraciyər sirozuna işarə edə bilər.  

– Ağızda acı dad

Bu simptomun da xroniki xarakter alması müxtəlif qaraciyər xəstəliklərinə və hətta qaraciyər xərçəngi və sirroza işarə edə bilər. 

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.