Çox nadir hallarda sızanaqlar qeyri-sağlam qidalanma nəticəsində baş verir.
Orqanik.az xəbər verir ki, bu sözləri “Rassvet” klinikasının dermatoloqu Vera Voronina “Gazeta.ru”ya müsahibəsində bildirib. Bununla yanaşı ekspert qeyd edib ki, əksər xəstələrin heç bir məhsuldan imtina etməsinə ehtiyac yoxdur.
“Sızanaqlar birbaşa qida ilə əlaqəli xəstəlik deyil. Çörək məmulatları, şirniyyatlar, düyü və buğda kimi sərbəst karbohidratların yüksək olan qidaların sızanaqların şiddətinə təsir edə biləcəyinə dair çox az dəlil var”, – Voronina qeyd edib.
Həmçinin dermatoloqun fikrincə, fəstfud və süd, xüsusilə də yağsız süd, daha çox karbohidrat laktoza ehtiva etdiyi üçün təsir göstərə bilər. Mütəxəssis bildirib ki, bu asılılıq yalnız az sayda insanda, xüsusən də komedonlarla müşahidə olunur.
Qidaların sızanaqlara təsirindən şübhələnən xəstələrə dermatoloq dörd-altı həftə ərzində o məhsullardan imtina etməyi, sonra onları menyuya yenidən daxil etməyi və dəri reaksiyasını qiymətləndirməyi tövsiyə edib. Voroninanın sözlərinə görə, heç bir dəyişiklik yoxdursa, məhsullardan imtina etmək yersizdir. (publika.az)
Orqanik.az