Sarımsağın antibiotik təsiri sayəsində sızanaqları müalicə etmək mümkündür. Bəs bunu necə etmək olar?
Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, sarımsaq məsamələrin tıxanmasının qarşısını alır, sızanaq yaradan bakteriyaları aradan qaldırır və iltihabı azaltdır. Digər tərəfdən, yağlı dəriləri qurudan təbii vasitədir. Lakin sarımsaq birbaşa dəriyə tətbiq edildikdə, qıcıqlanma yarada bilər. Buna görə də onu su, bal və ya aloe vera kimi digər təbii maddələrlə birləşdirmək tövsiyə olunur.
Sızanaqlar üçün sarımsaqdan hazırlaya biləcəyiniz maskaları təqdim edirik.
1. Tərkibi:
1 diş əzilmiş sarımsaq
1 xörək qaşığı bentonit gil
1 damcı çay ağacı yağı
1 xörək qaşığı bal və ya aloe vera
Krem halına gələnə qədər vasitələri qarışdırın və problemli nahiyələrə çəkin. Bu tərkibi üz maskası kimi də istifadə edə bilərsiniz (sadəcə gözlə təmas etməməsinə çalışın). Maskanı 5-10 dəqiqə saxlayın və sonra isti su ilə yuyun.
2. Tərkibi:
1/2 diş təzə sarımsaq, əzilmiş
½ çay qaşığı Çin simmondiyası yağı
1-2 damcı çay ağacı yağı
Yarım diş sarımsağı incə doğrayın və ya qaşıqla əzin. Sarımsağa 1/2 çay qaşığı Çin simmondiyası yağı əlavə edin. Bu yağ yerinə başqa birindən istifadə etməyin, çünki bəzi təbii yağlar məsamələri bağlaya və daha çox sızanaqların yaranmasına səbəb ola bilər. 1-2 damcı çay ağacı yağı əlavə edin və yaxşı qarışdırın.
Bu tərkibi sızanaq ləkələrinə və ya izlərinə tətbiq edin. Bir gecə gözlədikdən sonra səhər yuya bilərsiniz. Qarışımı bir neçə gün soyuducuda saxlamaq mümkündür.
3. Tərkibi:
2-3 diş sarımsaq
su və ya aloe vera geli
2-3 diş sarımsağı əzib təxminən 10 dəqiqə suda saxlayın. Problemli ləkələrə çəkin. Su yerinə aloe vera geli də istifadə edə bilərsiniz.
Orqanik.az