Əvvəlcə bizi siqaretdən asılı vəziyyətə gətirən nikotin haqqında danışaq. Nikotin asılılığı ən çətin xilas olunan asılılıqlardan biridir. Davranış təsirləri eroin və kokainlə bənzər olan nikotinin depressant təsiri də mövcuddur. Buna görə də, stress anında və ya özümüzü pis hiss etdikdə birbaşa siqaretə qaçmaq kimi bir refleks nümayiş etdiririk.
Nikotin bədənin ehtiyac duyduğu bir maddədir və siqaret çəkməyən insanların orqanizmində də bu maddə istehsal olunur. Siqaret istifadə olunduqda qəbul edilən nikotin dozadan artıq olduğu üçün orqanizmin nikotin istehsal edən kanalları bir müddətdən sonra bağlanır və bədəni tamamilə kənardan alınan nikotinə möhtac qoyur. Əslində, siqaret istifadəçiləri bioloji olaraq nikotin xəstəsi hesab olunur. Buna görə də, həkim nəzarətində tibbi dəstək alaraq tərgitməkdə fayda var.
1 ədəd siqaretin tərkibində 0,8mq nikotin var. Deməli, 1 qutu siqaret istifadə edən insane gün ərzində 16mq nikotin qəbul edir.
Siqareti tərgitmək ərəfəsində olan insanların siqaret istəyini dəf edəcək qidalara nəzər yetirək:
1. Çay
Qara çayın tərkibində 100 nq/q nikotin mövcuddur.
2. Badımcan
8 kilo badımcanın tərkibindəki nikotin 1 ədəd siqaretin tərkibindəki nikotinə bərabərdir.
3. Kartof
Digər qidalara nisbətən daha az nikotin ehtiva edən kartofun tərkibində 15 nq/q nikotin var. Kartof yetişdikcə tərkibindəki nikotinin miqdarı azalır. Yaşıl və cücərən kartoflarda isə nikotin miqdarı 3 dəfə çoxdur.
4. Gül kələm
Badımcankimilər fəsiləsindən olmasa da, gül kələmin tərkibində 16nq/q nikotin mövcuddur.
5. Pomidor
Pomidor da yetişdikcə tərkibindəki nikotin miqdarı azalır.
6. Saqqız
Saqqızın tərkibində nikotin olmasa da, siqareti ağzında saxlamağa vərdiş edənlər üçün yaxşı məşğuliyyətdir.
Orqanik.az