“Sinovac” peyvəndi “Omicron”a qarşı da effektlidir?

“Dünyada istifadə olunan peyvəndlərin hamısı effektlidir. Azərbaycanda pandemiyanın əvvəllərində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndindən istifadə etdik”.

Orqanik.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tətqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini Akif Qurbanov koronavirusun bütün variantlarna qarşı effektli vaksinlə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, “Sinovac” peyvəndinin tərkibində öldürülmuş virus var:

“Bu peyvənd effektlidir, amma öldrülmüş peyvənd olduğundan içərisində canlı, diri, digər agentlər olan peyvəndlərə nisbətən bir qədər effekti zəifdir. Üstünlüyü tam təhlükəsiz olmasıdır. Yəni, yan təsirləri çox azdır. Ona görə də orqanizim üçün böyük problem yaratmır”.

A.Qurbanov bildirib ki, “Pfizer” peyvəndinin tərkibində virusun səthi zülalları var:

“Nəzərə alsaq ki, virusun səthi zülalları mutasiya nəticəsində dəyişikliyə uğrayır, müəyyən qədər effektivliyini zəiflədə bilər. Amma elmi məntiqi nəticə onu deməyə əsas verir ki, hazırda istifadə etdiyimiz “CoronaVac” (“Sinovac”) peyvəndinin tərkibi tam virus olduğu üçün bu bizi “Omicron” ştamından daha çox qorumaq qabiliyyətinə malik olacaq. Elm onu deyir ki, “Sinovac” peyvəndi mutant ştamlara qarşı daha effektivdir”.

TƏBİB rəsmisi qeyd edib ki, koronavirusa qarşı olunan peyvəndlər qripdən qoruma xüsusiyyətinə malik deyil, çünki digər xəstəliklərin özünün müvafiq peyvəndləri var.

Qeyd edək ki, son rəsmi məlumata görə, ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K “Omicron” variantı aşkarlanıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.