KXDR-də “qızdırma” adlandırdığı halların sayı azalır, ölkədə üçüncü gündür ki, ölüm halları qeydə alınmır.
Orqanik.az Trend-ə istinadən bildirir ki, Şimali Koreyada son 24 saat ərzində 105 mindən çox insanda qızdırma əlamətləri aşkarlanıb. Eyni zamanda, mayın 25-də təxminən 116 min, mayın 24-də isə 220 minə yaxın xəstə qeydə alınıb.
Agentlik bildirib ki, artıq üçüncü gündür ki, KXDR-də xəstəliyin fəsadlarından ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 68 nəfərdir.
Orqanik.az