Saxta məhsullar: Azərbaycan bazarına xəmir düyülər haradan gətirilir?

“Bayramqabağı Azərbaycan bazarlarında saxta düyü məhsulları peyda olub. Belə ki, son zamanlar ölkəmizə gətirilən düyü məhsulunun əsas hissəsinin xalis düyü olmadığı üzə çıxıb. Bir sıra alıcılar düyü adı ilə satılan məhsulun xaricdə əsasən xəmirdən hazırlandığını bildirirlər. Onu da qeyd edək ki, Azərbaycana düyü əsasən Hindistan, Pakistan, İran, Çin, İndoneziya və Türkiyədən gətirilir.

Orqanik.az xəbər verir ki, Bizim.media-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, düyünün içində qurumuş xəmirə bənzər maddənin olması onun saxta olduğuna işarədir:

“Azərbaycanda saxta və keyfiyyətsiz malların satılması mütəmadi xarakter daşıyır. Düyünün saxta olmasına gəldikdə, özüm bu halla rastlaşmışam. Bir neçə gün əvvəl marketlərdən birindən aldığım düyünün saxta olduğundan şübhələndim.

Ona görə də yoxlamaq üçün onu qovurdum, gördüm ki, Çindən gələn düyülər kimi yanmır, qovrulur. Sonra kəsəndə gördüm ki, içərisində qurumuş xəmirəbənzər maddə var. Yəni üzvü maddədən hazırlansa da, aldığım düyünün xalis düyü olmadığı üzə çıxdı.

Görünüşdə düyü olsa da, xalis düyü deyil, sadəcə ona xüsusi forma veriblər. Bu halla rastlaşmağım onu göstərir ki, ölkə bazarında saxta düyü də satılır. Bu hallar ölkəmizdə qida təhlükəsizliyi məsələsinin ürəkaçan şəkildə olmadığını göstərir”.  

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə, əksinə, Azərbaycan bazarlarında saxta düyüyə rast gəlmədiyini deyir:

“Düyü qırıntılarından düyü hazırlaya bilərlər. Xaricdə düyü tozundan düyü hazırlama texnologiyası var. Lakin Azərbaycan bazarına bu kimi düyülər gətirilmir. Əhali yaxşı olar ki, yerli və sarı düyülərə üstünlük versin. Xəmirdən hazırlanmış saxta düyü isə Azərbaycan bazarında yoxdur. Kim bunun əksini sübut etsə, ona 100 manat hədiyyə verəcəyəm”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.