Sarımsaq və soğanın faydaları mif imiş

Soğan və sarımsaq daha tez sağalmağınıza kömək etməyəcək, çünki onların antibakterial və antiviral xüsusiyyətləri mifdir və elmi cəhətdən sübut olunmayıb.

Orqanik.az xəbər verir ki, bu barədə “Gazeta.ru”-ya Novosibirskdəki “Medical On” klinikasının terapevti, pulmonoloq və nefroloq Oleq Zaqorulko bildirib.

“Soğan və sarımsağın bədənin immun reaksiyasını gücləndirməsi, həmçinin xəstəliyin müddətini, simptomların şiddətini azaltması, bronxit və ya pnevmoniyanın inkişafının qarşısını alması barədə etibarlı məlumat yoxdur”, – həkim bildirib.

Güclü soğan və ya sarımsaq qoxusunun infeksiyalara kömək etdiyinə dair təklif Avropada vəbanın tüğyan etdiyi vaxta gedib çıxır. Ancaq həkim xatırladıb ki, nə o vaxt, nə də indi bu mövzuda ciddi araşdırmalar aparılmayıb. Onun sözlərinə görə, bu məhsulların faydalı xüsusiyyətləri var və onlardan istifadə edilməlidir, lakin ənənəvi terapiyanın əvəzləyicisi kimi deyil.

“İmmunitetin yalnız xəstəlik və ya peyvəndlə stimullaşdırıla biləcəyini başa düşmək vacibdir və buna görə də, xüsusilə xroniki ağciyər xəstəlikləri olan insanlara çox miqdarda soğan və sarımsaq istifadə etmək və peyvənddən imtina etmək qəti şəkildə tövsiyə edilmir” , – pulmonoloq. yekunda qeyd edib. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.