Sarımsaq haqqında

Sarımsaq soğankimilər fəsiləsinə daxil olan bitkilərdən hesab edilir və soğanaqlılar ailəsinə məxsusdur. Onun soğanağı mürəkkəb quruluşa malik olub, 3-20 kiçik dişdən ibarət olur. Sarımsağın çiçəklənməsi iyul-avqust aylarına təsadüf edir. Bu bitkinin hündürlüyü 20-60 sm-ə qədər yüksələ bilir. Sarımsağın çiçəkləri ağ-yaşıl rəngdə olur və şarabənzər çətirə oxşayır. Sarımsaq ağ və ya açıq-çəhrayı rəngdə olur.
Sarımsaq bütün dünya xalaqları arasında öz dadı, ətri və faydasına görə çox məşhurdur. Onu məşhur edən xüsusiyyətlərindən biri də tərkibində olan sulfid birləşmələridir. Sarımsağın həm çiçəkləri, həm yarpaqları, həm də soğanaqları yeyilməlidir. Onun körpə yarpaqlarından və dişlərindən qida sənayesində daha çox istifadə edilir. Bəzi dünya məbəxində yeməklərə yüngül ətir vermək üçün sarımsağın dişinə ən yaxın , nazik olan qabıqlrından da istifadə edilir.
Pifaqor sarımsağı qidaların şahı adlandırırb. Avropa ölkələrində sarımsaqdan 5000 il əvvəllərdən istifadə edilib.
Sarımsaq qədim Yunanıstanda və Romada dərman vasitəsi kimi istifadə edilib. Qədim zamanlarda onu suda qaynadıb, içməklə orqanizmi dezinfeksiya ediblər. Bu suya digər maddələr də qatdıqda isə yaraların sağalması məqsədilə istifadə edilib.
Qədim zamanlarda sarımsaqdan hazırlanan ən yaxşı dərman vasitəsi isə sarımsaqla opiumun qarışımından hazırlanan dərman hesab edilib. Belə ki, xaşxaş toxumlarından hazırlanan dəmləməni sarımsaq şirəsi və şərabla qarışdırıb içdikdə əməliyyatlardan sonra meydana çıxan ağrılar asanlıqla aradan qalxıb. Qədim zamanlarda sarımsağın pis iyindən şər qüvvələrin qorxub qaçdığına da inanıblar. Buna görə də bütün evlərdən qurudulmuş sarımsaq asıblar.
Qədim romalılar sarımsağın bütün xəstəlikləri sağaltdığına və şər qüvvələrin orqanizmə etdiyi təsiri azaltdığına inanırdılar. Sarımsaqdan bəzi dinlərə sitayiş edənlər daha çox istifadə edirlər. Qladiator yetişdirən məktəblərdə isə uşaqlara hər dəfə yemək qəbulu zamanı sarımsaq veriblər. Bu məktəbin müəllimləri sarımsağın insanın gücünü artırdığına və onları ölümdən uzaq tutduğuna inanıblar.
Sarımsağın Tərkibi
100 qram sarımsağın tərkibində 149 kKalori var.
Sarımsağın 100 qramında olan qida dəyərliliyi:
– Zülallar – 6,4 qram
– Yağlar – 0,4 qram
– Karbohidratlar – 31 qram
– Su – 59 qram
– Kaloriliyi – 149 qram.
Sarımsağın faydası
Saımsağın tərkibində  vitamin B6, vitamin C, vitamin B 12,  liflər, zülallar, yağlar, karbohidratlar, askorbin turşusu, mikro və makro elementlər (natrium, kalium, kalisum, dəmir, maranes, fosfor, yod, sink, maqnium), kükürdlü birləşmələr, fitonsidlər və efir yağları var.
Sarımsağın tərkibində olan sulfid birləşmələri orqanimdə möcüzəli müalicəvi təsirlər göstərir. Kükürd birləşmələri orqanizmdə olan satfilakokkları,dizenteriya və tif əmələ gətirən mikrobları, bütün növ göbələkləri məhv etmək qabiliyyətinə malikdir. Sarımsaq hətta orqanizmdən zəhərli, passiv maddələrin də xaric olunmasına yardım edir.
Sarimsağın tərkibində orqanizm üçün vacib sayılan adenozin, alliksin, eyxoen,pektin, dialil trisulfid və s. var. Bu maddələr orqanizmdə infeksiyaların inkişaf eləməsinin qarşısını alır, şiş əleyhinə təsir göstərir, qanda şəkərin miqdarını azaldır, xolesterinin orqanizmdə olan miqdarını neytrallaşdırır, qanın laxtalanmasının qarşısını alır, trombları əridir.
Amerikanın Milli Xərçəng araşdırmalar institutu sarımsağın nəinki soyuqdəymə və infeksiya xəstəlikləri əleyhinə təsir etdiyini, hətta, xərçəngin profilaktikası zamanı da çox faydalı olduğunu sübut edib.
Sarımsaq yemək kişilərdə prostat xərçənginin əmələ gəlməsinin qarşısını alır. Bunu 470 sağlam və 238 prostat vəzi xərçəngindən əziyyət çəkən pasiyentlər üzərində aparılan araşdırmalar təsdiq edib. Orqanizmdə xərçəng xəstəliyinin əmələ gəlməməsi üçün isə gün ərzində ən azı 5-6 qram sarımsaq yemək lazımdır. Çünki, sarmsaq yemək şiş xəstəliklərinin əmələ gəlməsinin qarşısını 50% alır.
Sarmsaq boğazı təmizləyir, səsin açılmasına səbəb olur, astma xəstəliyinin əlamətlərini azaldır, sinirlərdə baş verın kiçik qıcolmaları aradan qaldırır, sinir sistemi xəstəliklərinin əlamətlərini zəiflədir, mədə-bağırsaq infeksiyalarını öldürür. Dalaq daxil olmaqla qarın boşluğu üzlərinin hamsının fəaliyyətinə müsbət təsir göstərən sarımsaq, ağciyərdə olan xəstəliklərin sağalmasını da sürətləndirir. Sarımsaq dişlər və diş əti ilə olan problemlərin aradan qalxmasına yardım edir. Ondan bir çox yeməklərin və salatların hazırlanmasında istifadə edilir. Sarımsaq Quranda adı çəkilən qida vasitələrindən biridir.
Sarımsağın zərəri
Mədə və onikibarmaq yarasından, kəskin pankrititdən, sidik sistemi xəstəlikləindən, nefritdən, nefrozdan əziyyət çəkənlərə sarımsaqdan istifadə etmək məsləhət görülmür. Dieta saxlayan adamlara da sarımsaqdan istidafə eləmək tövsiyə olunmur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.