Sarıkökün qaraciyərə mənfi təsirləri nələrdir?

ABŞ Sağlıq İnstitutu sarıkökün qaraciyər toxumasına ölümcül zərər verə biləcəyini açıqlayıb.

Orqanik.az lent.az-a istinadən xəbər verir ki, həkimlər bu ədviyyatla əlaqəli onlarla qaraciyərin zədələnməsini aşkarlayıblar. 

Həkimlər və tədqiqatçılar, heç bir sağlamlıq problemi olmayan 49 yaşlı qadının gündəlik sarıkök qəbulu səbəbi ilə qəflətən qusmasına şahid olublar. 

Bundan əlavə, xəstənin gözlərinin və dərisinin ağları sarıya çevrilib. Bu da qaraciyərin zədələnməsinin xarakterik əlamətidir. Nəticədə xəstə həkimə müraciət edərək müalicəyə başlayıb. 

Alimlər bildirirlər ki, oxşar hallar müxtəlif xəstəxanalarda qeydə alınıb. Bununla bütün xəstələrin gündəlik olaraq sarıkökdən istifadə etdikləri məlum olub.  

Onlardan bəziləri səhərlər bir qaşıq sarıkök ilə su içiblər, bəziləri sarıkökdən hazırlanmış detoksdan istifadə ediblər.

Nəticədə belə vərdişləri olan bütün xəstələrdə eyni simptomlar – qusma, qarın ağrısı və göz ağlarının saralması halları aşkarlanıb. 

Araşdırma göstərib ki, belə xəstələrin qaraciyəri qırmızı qan hüceyrələrinin təbii parçalanması zamanı əmələ gələn bilirubinin emalını dayandırıb.

O da qeyd edilib ki, insanların çoxu sarıkökü bədənə heç bir mənfi təsir göstərmədən də istifadə edə bilər. Bu əsasən insanların genetik fərqlilikləri ilə bağlıdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.