Sarıkökün misilsiz faydası

Bildiyimiz kimi, sarıkök qidalara çox gözəl dad və rəng verir. Lakin bundan əlavə sarıkök çox effektli təbii müalicəvi vasitədir.

Sarıkök qədim vaxtlardan təbabətdə müxtəlif xəstəliklər və pozulmalar zamanı geniş istifadə olunub.

Sarıkök çox effektli şəkildə orqanizmi şlaklar, toksinlər, azad radikallar və digər ziyanlı maddələrdən təmizləyir.

Sarıkökün daim istifadəsi orqanizmi cavanlaşdırır, xərçəng xəstəliklərin inkişafından qoruyur.

Sarıkökün çox güclü antibakterial və antiseptik xüsusiyyətləri var. Sarıkökü hətta “təbii antibiotik” adlandırırlar. Soyuqdəymə, qripp zamanı sarıkökün 1/2 çay qaşığını 1 stəkan qaynar suda dəmləyin, 1 çay qaşığı bal əlavə edin və için. Bu vasitə iltihabı azaldır, orqanizmi isindirir, intoksikasiya ilə mübarizə aparır.

Boğaz ağrısı, angina zamanı boğazınızı sarıkökün dəmləməsi ilə yaxalayın (1 çay qaşığı sarıkök + 1 stəkan qaynar su). Bu vasitə boğaz ağrısını və iltihabı azaldır, mikroblarla mübarizə aparır.

Damaqlar iltihabı, stomatit zamanı ağız boşluğunuzu sarıkökün dəmləməsi ilə yaxalayın. Bu ilthabın azalmasına kömək edir.

Öskürək və bronxit zamanı 1 stəkan isti südə 1/2 çay qaşığı sarıkök əlavə edin, yaxşı qarışdırın və gün ərzində qəbul edin.

Sarıkök mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır. Bizim həzm sistemimizə hər gün müxtəlif ziyanlı maddələr düşür və burada yığılır. Qana sovrularaq bu maddələr orqanizmi zəhərləyir, müxtəlif xəstəliklərin inkişafına təkan verir, orqanizmdə qocalma prosesləri sürətləndirir. Sarıkök bu ziyanlı maddələri yox edir.

Bundan əlavə sarıkök mədə-bağırsaq sistemində olan iltihabla mübarizə aparır.

Sarıkök köpdən əziyyət çəkən insanlara da yaxşı kömək edə bilər.

Sarıkök güclü ödqovucudur. Bu səbəbdən öd daşı xəstəliyi olan insanlara bu ədviyyatdan süi-istifadə etməməlidir.

Sarıkök qara ciyər üçün də çox xeyirlidir – qara ciyəri təmizləyir, onun fəaliyyətinə müsbət təsir edir.

Sarıkök orqanizmdə gedən mübadilə proseslərinə də çox müsbət təsir edir, qanda şəkərin səviyyəsinin normada saxlamağa kömək edir.

Sarıkök qanı təmizləyir, qanın tərkibini yaxşılaşdırır. Anemiyadan əziyyət çəkən insanlar balla sarıkökün dəmləməsindən istifadə edə bilərlər.

Sübut olunub ki, sarıkök beyinin fəaliyyətinə çox müsbət təsir edir, yaddaşı və təfəkkürü yaxşılaşdırır.

Artrit zamanı da sarıkök çox effektli müalicəvi təsir edir.

Müxtəlif xəstəliklərin və pozulmların profilaktikası üçün qidalara və şirniyyatlara tez-tez sarıkök əlavə edin.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.