Sarıkökü qidalara əlavə etməklə nəyə nail oluruq? 7 İNANILMAZ FAYDA

Sarıkökün faydası və müalicəvi təsiri insanlara qədim zamanlardan məlumdur. Qədim Şərq tibbi əsərlərində bu ədviyyatın adı və onun müalicəvi xüsusiyyətləri dəfələrlə qeyd olunur.

Qədim təbiblər sarıkökü mədə-bağırsaq sistemi, dəri, oynaqlar, soyuqdəymə, qadın və s. xəstəliklərinin müalicəsində  geniş istifadə edirdilər. Sarıkökün orqanizmə olan müalicəvi  təsiri müasir tibb elmində öz təsdiqini tapıb.

Azərbaycan mətbəxində sarıkök müxtəlif qidalara əlavə olunur. Bu çox gözəl adətdir. Bununla biz həm yeməyin dadını yaxşılaşdırırıq, həm də sağlamlığımızı qoruyuruq.

Beləliklə, sarıkökü qidalara əlavə etməklə biz nəyə nail oluruq?

1. Sarıkök mədə-bağırsağa antiseptik təsir edir, mikrobları öldürür, bağırsaqların mikroflorasına müsbət təsir edir.

2. Orqanik.az bildirir ki, sarıkök ürəyi mökməmləndirir, damarları təmizləyir, qanda xolesterinin səviyyəsini aşağı salır və bununla infarkt və insultun riskini azaldır.

3. Sarıkök qaraciyər üçün olduqca faydalıdır – qaraciyərin fəaliyyətini yaxşılaşdırır, qaraciyəri təmizləyir, odqovucu təsirə malikdir, öd kisəsində durğunluğun və iltihabın qarşısını alır .

4. Sarıkök orqanizmdə iltihabları azaldır, soyuqdəyməni müalicə edir.

5. Sarıkök immun sistemini möhkəmləndirir.

6. Sarıkök güclü xərçəngəleyhinə təsirə malikdir.

7. Sarıkök oynaqlar üçün olduqca faydalıdır – oynaqlarda iltihabı azaldır, oynaq toxumasının dağılması proseslərini ləngidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.