Sarı xanıməli bitkisinin faydaları

Sarı xanıməli boyu 2 metrə qədər qalxan, uzunsov, yumurta formasında yarpaqlara malik olan kol bitkisidir. Onun yarpaqları 5-12 sm uzunluqda, 2-3,5 sm endə, hər il tökülə bilən, çiçəkləri isə 5 hissədən ibarət olur. Sarı xanıməlinin çiçək tacı sarı və ya narıncı rəngdə, zəngçiçəyi formasında olur. Onun çiçəkləri may ayında açır və hər il məhsul verir. Sarı xanıməlinin çiçəkləri donuşluğa davamlı deyil və çiçəklər töküldükdən sonra tünd bənövşəyi rəngdə giləmeyvələr yetişir. Giləmeyvələrin yetişməsi iyul-avqust aylarına təsadüf edir. Meyvələr, şirin, turşaşirin, zəif tünd dada malik olur. Buna səbəb isə onun tərkibində olan loniserin qlikozididir.
Azərbaycanda sarı xanıməli bitkisinə Balakən rayonu ərazisində daha çox rast gəlinir. Sarı xanıməli az kalorili bitkilərdəndir. Onun 100 qramında 30 kKal var. Bu bitkini piylənmədən əziyyət çəkən adamlar istədikləri qədər qəbul edə bilərlər. Xanıməli giləmeyvəsindən bişirilən mürəbbə isə çox kalorilidir və artıq çəkidən əziyyət çəkənlərə ondan istifadə eləmək məsləhət görülmür. Xanıməli gilımeyvəsinin tərkibində şəkər(qlükoza, fruktoza, qalaktoza, saxaroza), orqanik turşular(limon, alma, əvəlik), vitaminlər(C, A, B1, B2,B9, P və s.) var. Onun tərkibi kalium, kalsium, fosfor, natrium, maqnium, dəmir, kremin, sink, yod, tanin maddələr və pektinlə zəngindir.
Sarı xanıməli giləmeyvələri mədənin sekresiyasını artırır, mədə şirəsinin çoxalmasına səbəb olur. O ödqovucu, sidikqovucu, iştahaçıcı, bağırsaq yumşaldıcı təsirə malikdir. Xalq təbabətində onun sıxılmış şirəsindən mədə xəstəliyinin, təzyiqin, ishalın, qara ciyər və böyrək xəstəliklərinin sağalması məqsədilə istifadə edilir.
Onun təzə və ya qurudulmuş giləmeyvələrindən vitamin çatışmazlığının, qızdırmanın, kapilyar damar xəstəliklərinin profilaktikasında geniş istifadə edilir. Sarı xanıməli mədə şirəsini artırmaqla həzm prosesini sürətləndirir. Ondan qan azlığı və malyariya xəstəliyi zamanı geniş istifadə edilir. Xanıməli yarpaqlarının dəmləməsindən tonzillit və angina zamanı qarqara kimi istifadə olunur. Xalq təbabətində sarı xanıməli dəmləməsini iltihab əleyhinə istifadə edirlər. Xanıməli şirəsinin tərkibində sinil turşusu var. Ondan gözlərin ətrafınna sürtmək və ağız boşluğunu yaxalamaq məqsədilə istifadə olunur. Uzaq Şərq ölkələrində onun xırdalanmış yarpaqlarını yaraların tez sağalması üşün istifadə edirlər. Bunun üçün qurumuş xanıməli dəri yaralarına səpilir.
Xanıməli bitkisindən hazırlanmış ekstrat antioksidant, göbələk əleyhinə, virus əleyhinə, antibakterial təsirə malikdir. Onun dəmləməsi ekzema və psorias xəstəliyinin sağalmasını sürətləndirir. Buna səbəb isə xanıməlinin tərkibində olan vitaminlər, polivitaminlər, katexin və tanin maddələrdir. Koreya alimləri onun çiçəklərinin və budaqlarının virus və mikrob əleyhinə təsir göstərdiyini sübut etmişlər. Xanıməlinin tərkibində olan efir yağlarının qarışımından alınan komponent qripp, vərəm, ağciyərin absesi, dizenteriya və digər iltihabi xəstəliklərin müalicə və profilaktikasında çox faydalıdır. Buna görə də sarı xanıməlindən Koreya xalq təbabətində geniş istifadə olunur. Xanıməli meyvələrindən müxtəlif kompotlar, mürəbbələr, jelelər, cemlər,şirələr, şərablar və s. hazırlanır.
Xanıməlinin zərərli xüsusiyyətləri
Bəzi hallarda sarı xanıməli qəbizliyə, sidiyi saxlaya bilməməyə səbəb ola bilir.  Çoxlu miqdarda və uzun müddət xanıməli isitfadə eləmək dəri səpgilərinə, əzələ spazmlarına, uşaqlarda isə mədə spazmlarına səbəb ola bilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.