Saqqız çeynəyərkən təsadüfən və ya qəsdən onu udamaq mümkündür.
Orqanik.az lent.az-a istinadən xəbər verir ki, bəzi iddialara görə, saqqız həzm oluna bilmədiyi üçün uzun müddət insanın bağırsaqlarında qalır.
Bəs saqqızı udduğunuzda nə baş verir?
Sübut olunub ki, saqqız mədəyə yapışmır və həzm yolundan keçir. Ancaq saqqız mədədən keçdiyi üçün bəzi problemlər yarada bilər.
Adətən qeyri-təbii materiallardan hazırlanan saqqız udulduqda həzm sisteminə mənfi təsir göstərə bilər.
Bağırsağın hərəkəti yavaşlaya, qaz, şişkinlik və qəbizliyə səbəb ola bilər.
Bundan əlavə, saqqız udulduqda bəzi qida maddələrinin sorulmasına mane olur.
Bu səbəblərdən mütəmadi olaraq saqqız çeynəmək də bədəndə əsas qida maddələrini mənimsəməsinə mane olur.
Buna görə də yeməkdən dərhal əvvəl və ya sonra saqqız çeynəmək mütəxəssislər tərəfindən tövsiyə edilmir.
Orqanik.az