Sağlamlıq üçün təhlükəli olan pəhrizlər

Arıqlamaq sadəcə bir fincan çay içmək qədər asan olsaydı, o zaman saysız-hesabsız pəhriz proqramlarına, bu işlə məşğul olan mütəxəssislərə ehtiyac olmazdı. Çəki atmaq əmək tələb edən prosesdir. Bu mərhələdə fərqli olan orqanizmlərə uyğun qidalardan, hərəkətlərdən istifadə mütləqdir. “Dostum da bundan istifadə etdi”, “Filan məşhurun tətbiq etdiyi proqramdır”, “1 ayda 8 kiloqram arıqladı” və ya “1 ay cəfəri suyu içdi və 10 kiloqram çəki atdı” kimi hər eşidilən üsuldan istifadə etmək orqanizminiz üçün təhlükəli ola bilər.

Orqanik.az Axşam.az-a istinadən sağlamlıq üçün təhlükəli olan pəhrizləri və çəki atma üsullarını təqdim edir. 

1. Protein içkilər

Proteinli içkilər, dadlandırıcılar və digər içəcəklər tez arıqlamağınıza yardımçı olsa da bu sağlam üsul olduğu anlamına gəlmir. Bu növ içkilər yüksək kalorili dəyərlərə malikdir və böyrəyin yerinə yetirdiyi funksiya daxil olmaqla orqanların həddindən artıq işləməsinə səbəb olur.

2. Arıqladan çaylar

Bəzi otlardan hazırlanan çayların arıqlamağa olduqca təsirli etdiyi məlumdur. Ancaq bu bitkilər istifadə etdiyiniz dərmanlarla və ya istehlak etdiyiniz digər qidalarla da qarşılıqlı əlaqəyə girir. Bu da sağlamlığınızı təhlükəyə atır.  Əzələ tutulmaları, hormonal balanssızlıq və hətta ürək tutması bu cür nəticələr sırasındadır.

3. Məşhurların istifadə etdiyi detokslar

Siz də bunu tez-tez eşidirsiniz? Məşhurlardan biri, həkimə müraciət etmədən çəki atıb. Siz də bunun orqanizminizə uyğun olub-olmadığını araşdırmadan dərhal istifadə etmisiniz. Bu arıqlamağa yardımçı olsa da yorğun və enerjisiz hiss etməyinizə səbəb ola bilər.

4. Aralıq oruc

Son zamanların ən çox istifadə olunan pəhriz üsullarından biri də aralıq orucdur. Gün ərzində uzun müddət və davamlı olaraq qida qəbul etməmək heç də sağlam üsul deyil. Bu metodu səhv və uzun müddət istifadə etmək, maddələr mübadiləsinin sürətini zamanla azaldır. Sizi ac və əsəbi edir. Hətta müəyyən müddətdən sonra tam əksi çəki almağınıza səbəb olur.

5. Tək qida ilə saxlanan pəhriz

Qreypfrut pəhrizi, alma pəhrizi, yulaf pəhrizi və ya qarpız pəhrizi. Tək qidalı proqramlara riayət etmək qida çatışmazlığı səbəbiylə bir çox qısa və uzun müddətli sağlamlıq problemləri yarada bilər.

6. Ciddi pəhriz

Bu pəhriz növü qida qəbulunu sərhədləyir və çox az yeməyi tələb edir. Bu da maddələr mübadiləsini ləngidərək kökəlməyinizə səbəb olur. Üstəlik, başgicəllənmə və ürəkgetmə kimi ciddi risklərlə üzləşə bilərsiniz.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.