Qarpız bir çoxlarımız fikirləşdiyi kimi meyvə və ya tərəvəz deyil, məhz giləmeyvədir. Qarpızın sağlamlığımız üçün saymaqla bitməyən faydaları vardır.
Lakin nəzərə almaq lazımdır ki, qarpızı yalnız mövsümdə (bizim üçün iyil aydan başlayır) yemək lazımdır.
Orqanik.az qarpızın sağlamlığa faydalarını təqdim edir:
1. Təbii sidikqovucu olan qarpız sidik kisəsi, sidik yolları, böyrəkləri əla təmizləyir, böyrək daşı xəstəliyinin riskini azaldır.
2. Kalium və maqnezium sayəsinsə qarpız ürək üçün çox faydalıdır. Qarpızın tərkibində olan maddələr damarları genişləndirir və bununla da təzyiqi salmağa yardım edir.
3. Qarpız maqnezium maddəsi ilə xüsusilə zəngindir. Bu maddə sinir sistemimizin normal fəaliyyəti üçün çox vacibdir. Maqnezium yaxşı antidepressantdır, əhvalı yaxşılaşdırır, yorğunluq və zəifliyi aradan qaldırır, gümrahlıq bəxş edir.
4. Qarpız fol turşusu ilə zəngindir. Bu maddə qanazlığı zamanı kömək edir. Fol turşusu hamilə qadınlar üçün olduqca vacibdir. Bu maddə dölün sinir sistemində patologiyaların inkişafına mane olur.
5. Su, qidalı liflər, kalium və maqnezium sayəsində qarpız bağırsaqlar üçün ən faydalı məhsullardan biridir – bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, bağırsaqları təmizləyir.
6. Qarpız orqanizmi toksin, şlak, ağır metalların duzları, radionukleidlər, artıq xolesterindən təzmiləyir.
7. Qarpız kişilərdə potensiyanı artırır. Alimlər qarpızı hətta “təbii Viaqra” adlandırırlar.
Orqanik.az