Sağlam olmaq istəyən təzə fındıq yesin. Faydaları

Fındıq bir çox faydalı maddələrlə zəngindir. Onun tərkibində polidoymamış yağlı turşular, vitaminlər (xüsusilə B qrupu, E), müxtəlif makro və mikroelementlər (marqan, mis, maqnezium, fosfor, sink, kalium və s.), aminturşuları, zülallar, fitosterollar və s. var.

Mütəxəssislər təzə fındığı ən faydalı hesab edir ki, onun tərkibində olan qiymətli maddələrin miqdarı daha çoxdur.

Orqanik.az sizə fındığın faydalarını təqdim edir:

1. Yağlı turşularla zəngin olduğundan fındıq ürək və damarların sağlamlığını qoruyur, xolesterinin səviyyəsini aşağı salır, aterosklerozun qarşısını alır.   

2. Fındığın tərkibində olan fitosterol birləşmələri onu qadın orqanizmi üçün çox faydalı edir. Fitosterollar  qadın cinsiyyət sisteminin sağlamlığını qoruyur, pozulmaların riskini azaldır.

3. Fındıq sinir sistemi üçün çox faydalıdır – sakitləşdirir, stressi azaldır.

4. Fındıq ən güclü antioksidantlardan biri olan E vitamini ilə çox zəngindir. Bu vitamin orqanizmdə gedən qocalma proseslərini ləngidir, xroniki xəstəliklərin riskini azaldır.

5. Fındıq qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır.

6.  Fındıq immun sistemini möhkəmləndirir, orqanizmin tonusunu qaldırır.

7. Fındıq varikoz xəstəliyi və tromboflebit (damarların iltihabı) zamanı faydalıdır.

8. Babasilin inkişafının riskini azaldır.

9. Sinklə zəngin olduğundan kişi reproduktiv sistemi üçün çox faydalıdır, prostat vəzi xəstəliklərinin riskini azaldır.

10. Onkoloji xəstəliklərinin riskini azaldır.

Fındıq çox kalorili məhsuldur. 100 qr fındığın tərkibində 700 qədər kkal var. Həmçinin fındığın çoxlu miqdrada istehlakı qarında ağırlıq, köp, həzmin pozulması kimi simptomların əmələ gəlməsinə səbəb ola bilər. Bu səbəbdən mütəxəssislər gün ərzində ən çoxu 1 ovuc fındıq yeməyi tövsiyə edirlər. 

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.