Saçqıranın səbəbləri və ÇARƏSİ

Bir çox qadınlar saçqıran problemi ilə üzləşir. Bunun səbəbləri çoxdur:

– saçlara düzgün olmayan baxım, “aqressiv” vasitələrdən istifadə (saçların tez-tez boyanması, kimyəvi vasitələrdən – lak, gel və s. – istifadə, fendən və saç ütüsündə sui-istifadə və s.)

– uzun və nazik saçlar. Belə saçlar tez-tez dolaşır ki, daranma zamanı saçqıran əmələ gəlir.

– viamin və mineral çatışmazlığı

– irsiyyət

– havanın təsiri

– bəzi saç və baş dərisi xəstəlikləri (məsələn, quru seboreya)

– streslər

– doğuş. Doğuşdan sonra qadın orqanizmində güclü hormonal dəyişikliklər baş verir ki, bu da həmçinin saçların vəziyyətinə təsir edir.

– menopauza.

Orqanik.az sizə saçqıran probemini həll etməyə kömək edən bəzi vasitələr təqdim edir:

1. Xüsusi müalicəvi şampunlardan istifadə edin.

2. Qoruyucu balzam alın.

3. Təbii maskalardan istifadə edin. Məslən, belə maska yaxşı kömək edə bilər: 1 x.q. zeytun yağı, 1 yumurta sarısı, 1 ç.q. bal qarışdırın, baş dərisinə çəkin, saçları sellofana və dəsmala bükün, 1 saatdan sonra yuyun.

4. Saçlarınızı kəsdirin. Bu saçqıran probleminin ən yaxşı həllidir.

5. Yaş saçınızı daramayın. Saçlar dolaşıbsa, əvvəl onları barmaqlarınızla ayırın, yalnız sonra ehtiyatla darayın.

6. Soyuq havada papaq taxın.

7. Saçları sıx yığmayın.

8. Düzgün qidalanın. Balanslaşdırılmamış pəhrizlər öz “təsirini” ilk növbədə dəri və saçlarda göstərir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.