Britaniyalı mütəxəssislər saç ağarmasının səbəblərini izah edib.
Orqanik.az xarici mətbuata istinadən xəbər verir ki, alimlərin fikrincə, saçların vaxtından əvvəl ağarmasının əsas səbəbi B12 vitamini çatışmazlığıdır. Mütəxəssislər vitamin çatışmazlığını aradan qaldırmaq üçün ət, balıq, yumurta və süd yeməyi məsləhət görüblər.
“Başqa bir aşkar olmayan səbəb isə qalxanabənzər vəzin xəstəliyidir: saça zəngin rəng verən piqment hüceyrələri hormonların azalması və ya çox olması səbəbindən ölür. Bundan əlavə, saça rəng verən melaninin istehsalı qalxanabənzər vəzdən asılıdır” , – məqalədə bildirilib. (publika.az)
Orqanik.az