Artıq saç problemi təkcə yaşlı yox, cavan insanlarda da üzə çıxır. Müasir günümüzdə 30 yaşı olmayan, amma keçəlləşən insan görmək mümkündür. Xoşbəxtlikdən bu problem uzun müddətdir ki, həkimlərə məlumdur. Elm bu problemdən necə qurtulmağın yollarını da bilir. Bu məqalədə ən effektiv prosedurlardan sayılarn saçların mezoterapiyasından bəhs edəcəyik. Bu prosedur necə və nə vaxt həyata keçirilir, hansı problemlər zamanı təyin edilir və hansı əks göstəriciləri var.
Mezoterapiya dəri örtüyünə müxtəlif faydalı maddələrdən hazırlanmış preparatların iynə ilə yeridilməsidir. Həkim isə bu zaman hər pasientə uyğun olaraq fərdi qaydada preparat hazırlayır. Bu isə pasientin dəri və saç probleminə uyğun olaraq ideal komponentləri seçməyə imkan yaradır, bununla yanaşı pasientin orqanizmində mənfi reaksiyalara səbəb olmur. Prosedur bir neçə inyeksiya vasitəsilə aparılır. Bunun nəticəsində isə başın dərisinə 1-3 millilitr preparat yeridilir. Bu sistemi yaradan həkim isə məsələ ilə bağlı “Bir az, nadir hallarda, lazımi yerə” frazasını işlədib.
İyənin yeridilmə dərinliyi, iynələr arasındakı məsafəni nəzərə almaq lazımdır, əks halda inyeksiya alınmayacaq. Bundan əlavə, inyeksiyadan əvvəl lazım olan maddəni həkim özü hazırlamalıdır. Bu səbəbdən də proseduru ancaq və ancaq peşəkar həkim-komsetoloqlara həvalə etmək lazımdır. Məsələn, kosmetoloji klinikada. Amma prosedurdan əvvəl mütəxəssislə məsləhətləşmək lazımdır.
Mezoterapiya seanslarının əks-təsirləri:
-Xroniki xəstəliklərin kəskinləşməsi;
-Hamiləlik və laktasiya;
-Dərmanın yeridildiyi yerdə iltihab prosesi;
-Autoimmun xəstəlikləri;
-Bədxassəli şişlərin yaranması;
-Mezokokteylin tərkibindəki maddələrə qarşı allergiya;
-İnfeksiya xəstəliklərinin kəskinləşməsi.
İlk iş olaraq həkim mezokokteyl hazırlayır.
Mezokokteylin tərkibinə vitaminlər, amin turşuları, mikroelementlər, bəzi turşu növləri daxil ola bilər. Preparat hazır olduqdan sonra həkim dəriyə 4 millimetr dərinliyində inyeksiya edir. Bütün prosedur adətən 40 dəqiqədən çox olmur. Bundan əlavə, prosedurdan sonra dəriyə hansı qulluğun edilməsi ilə bağlı həkim məsləhətinə də əməl etmək lazımdır.
Bir çox hallarda ümumi məsləhətlərə riayət etmək lazımdır:
-İlk bir neçə gün başınızı islatmayın;
-Hamama getməyin, günəş vannası qəbul etməyin.
Mezoterapiya üçün göstərişlər aşağıdakılardır:
-Kəpək;
-Bir neçə prosedurdan sonra saçların xarab olması (kimyəvi boyama vəs.);
-Alopesiya;
-Erkən keçəlləşmə;
-Erkən saç ağarması;
-Saç uclarının qırılması;
-Sistem xəstəlikləri (psoriaz, qotur).
Bundan əlavə, dərinin mezoterapiyası saç əkilməsi üçün keçiriləcək əməliyyat üçün hazırlıq kimi də göstərilə bilər.
Bir neçə seansdan sonra müsbət nəticələr özünü göstərməlidir. Bundan əlavə, maksimal nəticə əldə etmək üçün isə tam kurs müalicə götürmək lazımdır. Kursun müddəti isə problemə uyğun olaraq, pasientin fərdi xüsusiyyətlərinə görə mütəxəssis tərəfindən təyin edilir. Bir çox hallarda 4-9 seans təyin edilir. Seanslar isə 1-2 həftədən bir keçirilir.
Bakıda saçların mezoterapiyası bir çox klinikalarda həyata keçirilir. Doctortap.Az saytında siz müstəqil olaraq klinika və həkim kosmetoloqu seçə bilər, həkim məsələhətinə yazıla bilər və bu prosedur barədə tam məlumat əldə edə bilərsiniz.
Orqanik.az