Saçlar diqqət və qayğı tələb edir. Bəzi qaydalar vardır ki, fəsillərin dəyişilməsindən asılı olmayaraq onlara əməl etmək lazımdır. Saçların daima canlı olması üçün onlara düzgün qulluq edilməlidir.
* Saçlar hər gün müxtəlif istiqamətlərdə şotka daraqla daranmalıdır.
* Saçlar hər axşam yatmazdan əvvəl daranmalıdır.
* Saçları yaxşı böyüməsi üçün onları darayarkən dibini də massaj eləmək lazımdır.
* Uzun saçları ucundan yuxarıya doğru daramaq lazımdır.
* Pırtıaşıq saçları seyrək dişli daraqla daramaq lazımdır.
* Başda tağ ayırarkən vaxtaşırı yerini dəyişmək lazımdır.
* Cod saçları yuyarkən sonda yaxaladıqda 1 litir suya 2 xörək qaşığı sirkə tökün və saçınızı yaxalayın, sonra yenidən durulayın.
* Normal saçlar lazım olduqda, yağlı saçlar isə daha tez-tez yuyulmalıdır.
* Quru saçları olan adamlar saçlarını həftədə 1 dəfədən tez yumamalıdır.
* Hər saçın xarakterinə uyğun şampun seçilməlidir.
* Yuduqdan sonra saçları yumuşaq dəsmalla və otaq şəraitində qurutmaq lazımdır.
* Uzun müddət günün altında durduğunuz zaman başınızı bağlayın.
* İmkan daxilində saçlarınızı yumazdan əvvəl ona qidalandırıcı kompress qoyun, 2-3 saat sonra yuyun.
Orqanik.az