Saç tökülməsi və kəpək əleyhinə bir çox paylaşmalarım olsa da bu resept də sınanılmış və olduqca faydalı bir reseptdir.
250 qram alma sirkəsinin üstünə 50 qram qarazirə (çörəkotu) toxumu töküb vam odda 5 dəq qaynadın, soyuduqdan sonra süzün, bu qarışımdan hər yuyunmazdan 2-3 saat öncə 2-3 xörək qaşığı götürüb saç diblərinə çəkin, sonra 2 xörək qaşığı yenə götürüb 1 stekan ilıq suya qarışdırıb yuyunduqdan sonra saçlarınızı bu qarışımla yaxalayın, çalışın baş dərisinin hər tərəfinə dəysin, sonra başınızı yumadan qurulana bilərsiniz.
Faydaları:
– Qarazirə çox güclü antiseptikdir, saç diblərinə qidalandırıcı bir təsiri vardır, saçların daha canlı və qalın çıxmasına şərait yaradır, bunu çox yox bir aydan sonra görəcəksiniz.
– Alma sirkəsi isə seboreya, kəpək göbələkləri əleyhinə əla bir vasitədir. Baş dərisində olan bütün səpmələr, qaşınmalar üçün yaxşı bir vasitədir. Baş dərisində yaşayan zərərli mikroorqanizmlər üçün olduqca faydalıdır.
Orqanik.az