Bu qız şampundan imtina etmək qərarına gəlib.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, eksperiment 3 gün ərzində davam etməli idi. Lakin o nəticəni gördükdən sonra birdəfəlik olaraq adi şampundan istifadə etməmək qərarına gəlirb.
Hal-hazırda o 6 aydır ki, saçlarını mətbəxdə olan adi vasitələrlə yuyur. Bu vasitələrə alma sirkəsi və çay sodası aiddir.
Alimlər saç üçün nəzərdə tutulan şampunların və kondisionerlərin tərkibində olan inqridiyetlərdən ehtiyyatlanırlar. Onlardan bəziləri şampunların tərkibində olan maddələrin konseragen olduğunu və hormonal disbalansa səbəb olduğunu bildirirlər.
Məsələn, şampunun köpüklənməsini təmin edən natrium laurilsulfat maddəsi dərini qıcıqlandırır və hətta xərçəngə səbəb ola bilər. Onun tərkibində olan paraben konservantının da süd vəzi xərçənginə yola açdığı bildirilir. Bundan əlavə şampunla yuyulduqda saçlar daha tez yağlanırlar.
Şampunu nə ilə əvəz etmək olar?
1. 2 x/q sodanı 500 ml suda həll edin.
2. Başqa bir qabda 2 x/q alma sirkəsini eyni miqdar su ilə qarışdırın.
3. Daha sonra saçlarınızı isladın.
4. Əvvəlcə onları sodalı su ilə yaxşıca yuyun.
5. Daha sonra saçlarınızı sirkəli su ilə yuyaraq 1 dəqiqə müddətində saxlayın.
6. Sonra sirkəli suyu yaxşıca yuyun.
Əgər bu vasitədən istifadə etsəniz, o zaman 6 aydan sonra saçlarınız daha parlaq, hamar və sağlam olacaq. Həmçinin də bu cür təbii vasitələrlə müalicə daha ucuz başa gəlir.
Orqanik.az