Saç ağarması

Ağarmış saçlar – insan orqanizmində yaşa dolduqca bədənində baş verən bioloji mexanizmlərin adi təzahürüdür. Bu ağarmanın qarşısını almaq və onunla mübarizə aparmaq mümkündürmü? Trixoloqlar və dermatoloqlar bir çox insanlarda bu prosesi orqanizmin qocalması kimi qeyd edirlər.Saç ağarmasının iki növü vardır: erkən ağarma və qocalıq dövründə ağarma. Ağarma hər insanlarda müxtəlif yaş dövrlərində yarana bilir, ona görə də erkən ağarmanı qocalma dövründə olan ağarmadan ayırmaq bəzən çətin olur. Saç ağarmasının səbəbləri müxtəlif ola bilər. Ona görə də, erkən ağarma əlamətləri görünən halda dərhal trixoloq müayinəsinə yazılmaq məsləhət görülür. Saç bəyazlaşması – günümüzdə heç də nadir proses hesab olunmur. Bu yaranmaya səbəb sinir pozulması, hər hansısa xəstəlik, endokrin funksiyaların pozulması və vitamin çatışmazlığı ola bilər.Adətən saçlarda ağarma 35-40 yaşlarından başlayır, 50-55 yaşlarında sürətlənir. Bəzi hallarda ağarma saç köklərindən başlayır yuxarıya doğru irəliləyir, bəzən də normal tüklər tökülərək əvəzində ağ tüklər əmələ gəlir. Saçların erkən ağarmasının səbəblərini və onlarla mübarizə aparmanın yollarını araşdırmadan əvvəl insan saçının rənginin necə formalaşmasına diqqət yetirək. Saçların tərkibi rəng yaradan melanin adlı bir zülaldan ibarətdir. Melanin – saç köklərində yaranan bir piqmentdir. Saçların rənginə “cavabdeh” həmin piqmentdir. O, saç rəngindən asılı olmayaraq bütün insanlarda eynidir. Saçların rəngi tərkibindəki melaninin qədərinə görə müəyyən edilir. Tünd qəhvəyi və qara saçların tərkibində melanin çoxluq, açıq rəngli saçlarda isə azlıq təşkil edir. Saçların erkən ağarmasının yaranmaması üçün sakit həyat tərzi keçirmək, əsəb yaradan proseslərdən, sinir pozulmasından, zehni yorğunluqdan, əsəb gərginliyindən, güclü həyəcandan, həddindən artıq spirtli içki, çay və qəhvə qəbul etməkdən uzaq olmaq lazımdır. Müntəzəm olaraq cinsi həyat keçirməkdə çox əhəmiyyətlidir. Stressdən uzaq olmağa çalışın.Əgər işiniz stresslə bağlıdırsa o zaman saç ağarmasını 20 yaşında olarkən gözləyin. İş burasındadır ki, kortizol adlı hormon məhz həyəcan və gərginlik anında yaranır, o da öz növbəsində melanin əmələ gətirən melonsit hüceyrələrini azaldır. Nəticədə bəyazlaşma prosesi yaranır. Qalxanvari vəzinin funksiyasının pozulması və hormonal dəyişiklik erkən ağarmaya səbəb ola bilər. Vitamin və mineral çatışmazlığıA, B, C vitamin qruplarının, eləcə də dəmir, sink çatışmazlığı saç tökülməsinə, onun quruluşunun pozulmasına və melonsitlərin fəaliyyətinin zəifləməsinə gətirib çıxarır. PəhrizlərErkən ağarma zülalsız pəhrizlərdən istifadə edən xanımlarda yarana bilər. Adətən belə hal 17-25 yaş arası olan qızlarda təsadüf edilir. Zülal saç üçün əsas “inşaat materialı” hesab olunur. Onun tərkibində melanin istehsal edən tirozin vardır. Zülal çatışmazlığı melansitlərin aktivliyini azaldır və ağ saçların əmələ gəlməsiylə nəticələnir.
Hazırki dövrümüzdə ağarmış saçlardan müvəqqəti olsa belə müxtəlif rəngləmə prosedurları etməklə qurtulmaq olar. Rəng boyaları seçdikdə, yaxud gözəllik salonlarına getdikdə prosedurlar zamanı diqqətli olun ki, saç diblərindəki dəriniz kimyəvi məhsullara qarşı əks reaksiyalar verməsin. Çünki bu allergiya və digər xəstəliklərlə nəticələnə bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.