Qış aylarının ən sevilən qəlyanaltısı şabalıdları bişirərkən çətinlik çəkirsiniz? Bişirdiyiniz şabalıdların qabıqları istədiyiniz kimi asan soyulmur? Bu kimi sualları cavab tapmaq üçün bu məqaləni oxuyun. Evdar.az şabalıd bişirməyin üsullarını və bütün detalların ətraflı izahını təqdim edir.
Şabalıd, sərt qabıqlı bir qidadır. Yaxşı bişməsi və ya bişərkən partlayaraq kiçik qəzalara səbəb olmaması üçün düzgün şəkildə çərtmək lazımdır. Bu qaydalarla şabalıdı daha düzgün bişirə bilərsiniz.
İÇİNDƏKİLƏR
Soyuq Suda Gözlədin
Dərin bir qaba soyuq su doldurun və şabalıdları içinə tökün. Şabalıdları su dolu qabın içərisinə yerləşdirdikdən sonra qarışdırın və saxlayın.
Çürüklərini Ayırın
Şabalıdları soyuq suya tökdükdən 2-3 dəqiqə sonra çürük şabalıdlar suyun üzərinə çıxacaq. Bunları ayıra bilərsiniz.
Şabalıdları Çərtin
Kiçik iti bir bıçaq köməyi ilə şabalıdlara boydan boya kəsiklər atın. Şabalıdların yaxşı bişməsini istəyirsinizsə kəsiyin az olmamasına diqqət edin. Şabalıdları az çərtsəniz bu da onun partlamasına və dağılmasına səbəb ola bilər.
Közdə Şabalıdın Bişirilmə Qaydası
Şabalıdları yuyun. Daha sonra şabalıdları çərtin və soyuq su dolu bir qabın içərisində 1 saat gözlədin. Sudan çıxartdığınız şabalıdları qurulayın və yüksək temperaturda közdə şabalıdları bişirin.
Şabalıdı Qaynadaraq Bişirilmə Qaydası
Şabalıdları yuduqdan sonra çərtin. Çərtdiyiniz şabalıdları qazana tökün və şabalıdların üstünü keçəcək qədər su əlavə edin. 30-35 dəqiqə zəif odda bişirin. Şabalıdlar qaynadıldıqdan sonra suyunu süzün və qabıqlarından ayırın. Qaynatdığınız suya 2 çay qaşığı zeytun yağı əlavə etsəniz ya da qaynatdıqdan sonra soyuq suyla yaxalasanız qabıqlar çox tez soyulacaq.
Şabalıdın Tavada Bişirilmə Qaydası
Şabalıdları yuyub qurulayın. Daha sonra çərtin. Soyuq suyun içində gözlətdikdən sonra qurulayın. Tavanı orta ocaqda istilədin. Kəsilən şabalıdları üst-üstə gəlməyəcək şəkildə tavaya yerləşdirin. Bişməkdə olan şabalıdlara yarım stəkan suyu əlinizlə səpin. Qapağını örtüb arabir qarışdıraraq 20-25 dəqiqə şabalıdlar qabıqlarından ayrılana qədər bişirin. Bişən şabalıdları isti- isti süfrəyə verin.
Sobada Şabalıdın Bişirilmə Qaydası
Şabalıdları çərtin . Daha sonra şabalıdları soyuq su dolu bir qabın içərisində gözlədin.Sobanı əvvəlcədən 200 dərəcə qızdırın. Şabalıdları soba sinisinə tökün. Qızdırılmış sobada 25-30 dəqiqə bişirin.