Şəkərdən istifadədən imtina sağlamlıq üçün olduqca faydalı təşəbbüsdür, lakin onun qəbuluna alışmış insan üçün bu, davamlılıq sınağına çevrilə bilər. Bu vərdişlə vidalaşmaq əhvali-ruhiyyəni korlaya bilər. Çünki şəkərdən uzun müddət istifadə narkotik asılılığına bərabər özünəməxsus alışqanlığa çevrilir.
Orqanik.az lent.az-a istinadla xəbər verir ki, bu fikirləri həkim-diyetoloq Mixail Ginzburq bildirib.
İnsan şəhərdən imtina etdikdən sonra həyəcan, diskomfort və əhvali-ruhiyyənin aşağı düşməsini hiss edə bilər. Eləcə də qidadan məmnuniyyətsizlik hissi mümkündür. Həkim izah edib ki, belə vəziyyətdə səbirli olmaq lazımdır, yaranan diskomfort yalnız qısa müddət – təxminən 3-4 gün davam edərək ötüb keçir.
Bu keçid dövrünü adlamaqdan ötrü inulin, oliqofruktoza, eritrit kimi şəkər əvəzləyicilərindən istifadə etmək olar.
Ginzburq əlavə edib ki, şəkərsiz rasionun sağlamlığa faydalı təsiri ondan imtina zamanı yaranan çətinliklərə dözməyə dəyər. Mütəxəssis şəkərsiz həyat tərzinin müsbət təsirlərindən danışarkən yuxunun yaxşılaşması, həyəcanın azalması, arterial təzyiqin və qanda lipidlərin yüksək qatılığının aşağı düşməsi, eləcə də çəkinin azalması kimi halların adını çəkib.
Orqanik.az