Ürəyinizdən şirin nəsə yemək keçəndə sanki bu dəqiqə onu qəbul etməsəniz şəkərinizin düşəcəyini düşünürsünüz? Bu hiss karbohidrat çatışmazlığından və bədənin müəyyən yemək vərdişlərindən yaranır.
Orqanik.az axşam.az-a istinadən tərkibində şəkər olan məhsulları qəbul etmədən orqanizmin ona olan tələbatını ödəməyə imkan verən qidaları təqdim edir.
Meyvələr
Meyvələr təkcə şəkərə olan ehtiyacı ödəmir, həm də lif, vitamin, mineral və antioksidantlarla zəngindir. Məsələn, bir stəkan çiyələk (təxminən 150 q) 3 qram lif və C vitamininin gündəlik dəyərinin 94%-ni ehtiva edir. Təzə meyvələrin kalorisi nisbətən azdır, lakin yenə də bundan sui-istifadə etmək olmaz. Banan, üzüm və qırmızı almanı normadan çox yemək tövsiyə olunmur. Həddindən artıq qəbul edilən meyvələr allergik reaksiyayalara və çəki artımına səbəb ola bilər.
Qurudulmuş meyvələr
Qurutma prosesində meyvələr yalnız su itirir. Nəticədə maddələrinin (həmçinin şəkər və kalorinin) konsentrasiyası artır. Buna baxmayaraq, diyetoloqlar onları şirniyyatlara ən yaxşı alternativlərdən biri kimi tövsiyə edir.
Qoz-fındıq
Əlbəttə ki, qoz-fındıq meyvələr qədər şirin deyil, lakin karbohidratlardan əlavə, onların tərkibində çoxlu miqdarda vitaminlər, minerallar, bitki mənşəli protein və sağlam yağlar var. Şokolad əvəzinə bir ovuc badam yesəniz orqanizminiz sizə təşəkkür edəcək.
Şirin kartof
Minerallar, A və C vitaminləri ilə zəngin olan bu tərəvəzin həm də qida dəyəri yüksəkdir. Şirin kartof uzun müddət toxluq hissi ilə yanaşı bədənin şəkərə olan ehtiyacını ödəyir.
Orqanik.az