Bu adamların həyatı heç nağıla bənzəmir. Ruhi pozuntular həmişə böyük problemdir, həlli də həmişə tapılmır. Bununla belə bəzi ruhu pozuntular ilk baxışdan heç də qorxulu gəlməyən qəribə adlar almışdır.
Zoluşka kompleksi
Termin hələ 80-ci illərin əvvəlində yaranmışdır. Zoluşka ya Küllücə sindromu müstəqillikdən qorxan qadınlarda ifadə olunur. Bu gün qadın tərəfdaşı olmadan da özünün qeydinə qala bilər, buna baxmayaraq, bəzi qadınlar öz həyatını yanında kişi olmadan təsəvvür belə etmir. Şüuraltı olaraq qadın həyatına görə cavabdehliyi təkbaşına daşımaqdan qorxur. Adətən, Zoluşka kompleksi həyəcanlı şəxsiyyət tipli qadınlara xasdır.
Alisa sindromu
Orqanik.az “Ailə Həkimi”nə istinadən bildirir ki, bu vəziyyət daha həyəcanlıdır, çünki bu sindromu olan adamlar qarşılarındakı əşyaların gerçək formasını və ölçüsünü qiymətləndirə bilmir, bu səbəbdən təhlükəli vəziyyətlərə düşə bilər. Lakin Alisa sindromu daha çox uşaqlarda və yeniyetmələrdə rast gəlinir və yaşlandıqca keçir. Lakin bəzi hallarda pozuntu ömür boyu qalır.
Piter Pen sindromu
Əslində, buna pozuntu demək olmasa da, sindromu olan adamlar cəmiyyətdə böyük problemlərlə üzləşir. Adam dərk edərək ya başqa səbəblərdən böyüməkdən imtina edir, uşaqları özünə yaxın bilir, böyüklərin həyatı onu qorxudur və gərginlik yaşadır. Bəzi hallarda belə adamlar həyatının çoxunu cəmiyyətdə özünə yer tapa bilmir, asanlıqla təhlükəli fırıldaqlara məruz qalır, müxtəlif asılılığa meylli olur. Maraqlıdır ki, Piter Pen sindromu daha çox kişilər arasında müşahidə olunur.
Orqanik.az