Rinoplastika – burnun formasının korreksiyasdır, bu əməliyyat təkcə burnun formasını dəyişmək deyil, eyni zamanda burun tənəffüsünü bərpa etməyi həyata keçirir. Rinoplastika nəinki subyektiv hətta obyektiv səbəblərə görə aparılır. Bu səbəblər müxtəlif bədbəxt hadisələr nəticəsində baş verən burnun müxtəlif deformasiyaları, həm də anadangəlmə patologiyalar ola bilər.
Ən çox kosmetik korrreksiya məqsədil cərraha, daha çox qadınlar müraciət edirlər. Kişilər isə burun çəpərinin əyriliyi nəticəsində, burun tənəffüsü çətinləşəndə, xorultu olduqda cərraha müraciət edirlər.
Xoşbəxtlikdən rinopalstika zamanı hər iki problemi həll etmək olur. Bəzən rinoplastuka burun tənəffüsünün çətinləşməsinə də səbəb ola bilər. Buna görə də əməliyyatdan əvvəl müvafiq analizlər aparmaq, LOR-həkimlə məsləhətləşmək lazımdır. Bəzən kompüter tomoqrafiya aparmaq lazımdır.
Rinoplastikaya əks göstərişlər- daxili orqanların ağır xəstəlikləri, şəkərli diabet, qanda laxtalanmanın pozulması, psixi pozğunluülarıdır. Kəskin iltihabi xəstəliklər, zökəm zamanı da əməliyyat təxirə salınır. 16 yaşdan kiçik uşaqlara əməliyyat aparılmır. Posttravmatik defektlər və anadangəlmə defektlər istisna olunur.
Yeni burun:
Rinoplastikanın texnologiyası müxtəlifdir.”Kartof” burunu nazik buruna çevirmək üçün artıq yumşaq toxumalar götürülür, bəzi qığırdaqların yeri dəyişdirilir. Bəzən qismən qığırdaq, sümük toxuması və artıq dəri götürülür. Əyrilik burun çəpərinin əyriliyi götürülməklə aradan qaldırılır.
Rinoplastika açıq və bağlı metodlarla aparılır. Bağlı metod selikaltı rezeksiya-burun dəliklərindən daxil olmaqla aparılır. Bu metod 40 dəqiqə çəkir, riskli metoddur, fəsadları çox ola bilər. Açıq plastikada burun altında kəsik aparılır, toxumalar qaldırılir. Bu əməliyyat daha əlverişlidir, əməliyyatdan sonra buruna sarğı qoyulur, 7-10 saat saxlanılır, bir müddət gözlərin altında qançırlar olur. Burun tam formasını 6 aydan sonra alır.
Orqanik.az