Revmatoloji xəstələr ağ undan imtina etməlidir – Həkim

Revmatoloji xəstəliklərin ilkin əlamətlərindən biri oynağın iltihabi xəstəliyi olan artritdir. Həkim-revmatoloq Nərgiz Hüseynovanın sözlərinə görə, artrit oynaqlarda qızartı, şişkinlik, ağrı şikayəti ilə özünü göstərir və ciddi hərəkət məhdudiyyətinə səbəb olur. Zaman keçdikcə hərəkət məhdudiyyəti qalaraq fiziki qüsura gətirib çıxara bilər.

“Medicina” xəbər verir ki, hazırda revmatoloji xəstəliklərin elmə məlum olan 200-dən çox növü var. Onların bir qismində artrit olsa da, digərləri sadəcə daxili orqanların, damarların yuyulması və zədələnməsi nəticəsində baş verə bilər. Bura ağciyərlər, ürək, mədəaltı vəzi, böyrəklər, bağırsaq, gənc xanımlarda ana olmaqla əlaqədar narahatlıqlar daxildir.

“Revmatoloji xəstəliklərin yaşı yoxdur, yeni doğulmuşdan tutmuş ən ahıl yaşa qədər həmin diaqnozu qoymaq olur. Lakin gənclər və orta yaş qrupu həmin xəstələr arasında üstünlük təşkil edir. Hormonal disfunksiyalar, əvvəllər keçirilmiş hər hansı infeksion xəstəliklər və immun sisteminin digər problemləri həmin xəstəliyə gətirib çıxara bilər. Buğdadan hazırlanan ağ un məmulatlarının tamamilə məhdudlaşdırılması, tərəvəzlərlə daha çox qidalanmaq, duz və şəkər kimi əlavə dadlandırıcı vasitələrdən istifadə etməmək məsləhət görülür”, – deyə həkim-revmatoloq bildirib.

Müasir revmotologiyada artritdən yaranan əlilliyin qarşısını almaq üçün çox müasir dərman preparatları var. Vaxtında həkimə müraciət etməklə onun qarşısını almaq mümkündür. Fiziki müalicə üsulları, üzgüçülük, yürüş, pəhriz saxlamaq və zərərli vərdişlərdən uzaq olmaq xəstəliyin müalicəsində kömək edə bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.