Retinablastoma gözün retin qişasının şiş xəstəliyidir.Uşaqlarda rast gəlinən bu göz xərçəngi gözün retin qişasının hüceyrələrinin böyüməyə nəzarəti itirdiyi zaman meydana çıxır.Şiş əksər hallarda gözün birində əmələ gəlir.Amma bəzi hallarda hər iki gözdə də baş verə bilir.Araşdırmalar xəstəliyin bir gendə əmələ gələn mutasiyalar səbəbindən əmələ gəldiyini sübut etmişdir.
Retinoblastoma uşaqlıq yaşlarında bir gözdə əmələ gələn şiş xəstəliyidir.Xəstlik gec aşkar olunduqda gözün itməsinə və ya beyin sümüklərinə yayılaraq ölümə səbəb ola bilir.
Retinoblastoma 10 yaşa qədər uşaqlarda əmələ gəlir.Xəstəlik göz almasının arxa divarından inkişaf etməyə başlayır.Şiş toxumasının sitoplazması bədxassəli hesab olunur.Törəmə tək və ya çoxsaylı ola bilir.Şiş toxuması gözün daxili nüvə qatından inkişaf edərsə daxilə doğru inkişaf edir.Adətən ən iri törəmənin diametri 5 mm və daha artıq olur.Böyük törəmələr daha təhlükəli hesab edilir.
Retinoblastoma nadir hallarda metastaz verir,o ətrafına yayılaraq mərkəzi sinir sisteminin zədələnməsinə səbəb olur.Xəstəliyin gedişinin ağırlığından asılı olaraq 5 dərəcəsi müəyyən edilir.
Xəstəlik aşağıdakı əlamətlərlə xəstəni narahat edir:
– leykokoriya
– gözün billur qişasında ağlı-sarılı refleksin olması
– çəpgözlülük
– kəllədaxili təzyiqin artması
– ptoz
– sümüklərdə ağrılar
Xəstəlik başladığı andan sürətlə inkişaf edir və 18 ay müddətində tam inkişaf mərhələsinə çatmış olur.
Xəstəliyə diaqnozun qoyulmasında rentgenoqrafiyanın rolu mühümdür.Belə ki,retinoblastoma zamanı rentgen müayinəsində göz almacıqlarında kalsinatların müşahidə olunması xəstəlik üçün xarakter sayılan əlaməti bildirir.
Retinoblastomanın müalicəsi xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq aparılır.İlkin mərhələlərdə görməyə zərər vermədən şiş toxumasının xaric olunmasına nail olmaq mümkündür.Əməliyyatdan sonra xəstəyə radioterapiya,kimya terapiyası məsləhət görülür.
Orqanik.az