Cənubi Avropa və Aralıq Dənizdə yetişən razyana çətirçiçəklilər fəsiləsindən ikiillik və çoxillik bitki cinsidir. Özünəməxsus bir kökü, ətiri və qoxusu olan bu bitki, sağlamlıq üçün son dərəcə faydalıdır. Razyananın şüyüdə oxşayan tüklü yarpaqları və sarı çiçəkləri olur. Ətirli xüsusiyyətləri ilə tanınan razyana bir az da zirə iyi verir. Razyananın yarpaqlarından çay hazırlanır, toxumlarından isə yağ, sabun, məlhəm və sirop edilir. Razyana natrium, kalsium, kalium, maqnezium və fosfor kimi faydalı bir çox minerala malikdir. Həmçinin A və C vitaminləri baxımından da olduqca zəngin bir qidadır. Evdar.az razyananın insan orqanizminə faydaları haqqında məlumatı təqdim edir.
İÇİNDƏKİLƏR
Qan Azlığının Qarşısını Alır
Razyananın
tərkibində olan dəmir və histidin amin turşuları qan azlığının müalicəsi üçün
olduqca faydalıdır.
Sümük Sağlamlığı
Tərkibindəki
yüksək kalsium ilə sümük sağlamlığını dəstəkləyir.
Dəri Sağlamlığı
C
vitamini baxımından olduqca zəngin olan razyana, kollajen əmələ gəlməsini dəstəkləməklə
qocalmağı gecikdirir.
Qan Təzyiqini Salır
Razyana, yüksək kalium və aşağı sodium məzmunu olduğundan qan təzyiqini salaraq təzyiqi tarazlaşdırır.
Şiş (ödəm) Atdırıcı Xüsusiyyətə Malikdir
Müntəzəm içilən razyana çayı sayəsində orqanizmdə yığılan artıq sular çəkilir.
Nəfəsi Təravətləndirir
Razyana toxumlarını çeynəmək nəfəsinizi təravətləndirməyə köməkçi olacaq. Toxumlar selik istehsalını artıran quruluşa malik olduğundan anti-bakterial xüsusiyyətə malikdirlər.
Sağlamlığınızın qeydinə qalın!