1. Hər səhər acqarına 1 çay qaşığı bal, 1 çay qaşığı limon şirəsi və 1 çay qaşığı bitki yağı qarışımı için.
2. Qurudulmuş qatırquyruğu bitkisi ilə çay dəmləyin və gündə 2-3 dəfə ¼ stəkan qəbul edin. Bu dəmləmə maddələr mübadiləsini yaxşılaşdırmaqla orqanizmi təmizləyir.
3. Bir stəkan qaynar su, 1 çay qaşığı bal, 3 stəkan çaytikanı şirəsi, yarım stəkan nanə dəmləməsi qarışdırılır və 2 saat soyuqda saxlanılır. Qarışım ¾ stəkan olmaqla yeməkdən 30 dəqiqə əvvəl içilir.
4. 300 qram qaysı, 300 qram qoz, 300 qram kişmiş və 2 bütöv limonu ət maşınından keçirib üzərinə 300 qram bal əlavə edin. Qarışımı soyuducuda saxlayaraq gündə 1-2 qaşıq içmək lazımdır.
5. Qədim yunanlar yemək yedikdən sonra iri duz dənəsini ağızlarına alıb sorublar. Müasir tibb duzun mədə reflektorlarını qıcıqlandırdığını və mədə şirəsinin miqdarını artırdığını sübut edib. Mədə şirəsinin tərkibində isə bütün hüceyrələrə təsir edə bilən elementlər var. Mədə şirəsi çoxalıb qana daxil olduqda isə qanda olan ən qoca hüceyrələri belə yeniləşdirmək qabiliyyətinə malik olur. Bu zaman kanserogenlərlə zədələnmiş hüceyrə toxumaları gəncləşir və sağlamlaşır. Bu isə orqanizmin radioaktiv artıq maddələrdən, kanserogonlerdən, sərbəst radikallardan müadifə olunmasına səbəb olur. Duz ağır metal duzlarının, zəhərli maddələrin orqanizmə olan təsirini aradan qaldırır. Pepsin təsiri bağışlayan maddələr isə orqanizmdəki sinirlərdə ağrı əmələ gətirmə hüceyrələrinin və xərçəng hüceyrələrinin məhv olmasına, gənc hüceyrələrin əmələ gəlməsinə səbəb olur. Qidalanma zamanı təbii duzdan istifadə etmək lazımdır. Duzu qida qəbulundan sonra dilin üstünə qoyaraq 30-60 saniyə müddətində sormaq lazımdır. Bu zaman 1 qram ağırlığında duz götürülməli və dilin arxa tərəfinə qoyaraq ağız şirəsi ilə soraraq udamaq məsləhət görülür.
Orqanik.az