Qulunc ağrısının çarəsi nədir? – Məşhur həkimdən resept

El arasında qulunc adı ilə tanınan, əslində isə onurğanın düzləşdirici əzələsinin iltihabı olan miozitə daha çox oturaq həyat keçirənlərdə, xüsusən də sürücülərdə, kompüter qarşısında çox oturanlarda, öd kisəsində daş olanlarda, döş fəqərələrində yırtıq, sürüşmə və ya osteoxondrozdan əziyyət çəkənlərdə, həmçinin daimi küləkli məkanlarda işləyənlərdə rast gəlinir.

Orqanik.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bu barədə məlumat paylaşıb.
Həkim bildirib ki, əzələlərin iltihabı və sərtləşməsi güclü ağrı, kürəkarası sahədə şişkinliklə müşayiət olunur ki, ağrılı nahiyəni kobud şəkildə əzmək və birdən-birə sərt hərəkətlərlə masaj etmək olmaz.

Bəs nə etməli?

Qulunc üçün xalq təbabəti üsulları:

– 1 stəkan zeytun yağının içinə 1 xörək qaşığı udi hindi tozu qarışdırılır və kürək nahiyəsi yavaş-yavaş ovxalanır.

– 1 ədəd portağal və ya 2 ədəd limonun qabıqları qurudulur, toz halına salınır, qara zirə yağı ilə qarışdırılır, isidildikdən sonra bez parçası bu yağda isladılır və qulunc nahiyəsinə təpitmə şəklində qoyulur.

– Qoz böyüklükdə acırğa (qıtıqotu, rus dilində “хрен”) kökü, bir ədəd ortaölçülü kartofu və kartof böyüklükdə qoyun quyruğunu ətçəkən maşından keçirib, qarışdırıb yarım saat quluncun üstündə saxlamaq olar. Bacardığınız qədər çox saxlaya bilsəniz, daha yaxşı nəticə əldə etmək mükündür.

– Böyük bir kələm yarpağı qaynayan suyun içində 2 dəqiqə qaynadılır və isti vəziyyətdə quluncun üstünə təpitmə qoyulur, üzəri yun parça ilə örtülür.

Miozit bəzən soyuqdəymə nəticəsində baş verir. Bu zaman 4-5 stəkan su tutan çaynikdə 1 çay qaşığı kəklikotu, 1 çay qaşığı qara çay, 1 çay qaşığı məkkəgülü və 1 xörək qaşığı cökəçiçəyi qarışdırılaraq dəmlənir, zoğal mürəbbəsi ilə bir-iki dəfəyə yavaş-yavaş içilir. Güclü tərlədici təsir edir və qulunc nahiyəsində əzələ yumşalır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.