Qulaqlıqla yüksək səsli musiqi dinləmək deyil, kirli qulaqlıq da qulaq infeksiyalarına səbəb ola bilər.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkimlər gün ərzində 3 saatdan çox qulaqlıq istifadə etməyi məsləhət görmür. Həmçinin qeyd olunub ki, səs orta səviyyədə olmalı və hər 40-50 dəqiqədən sonra fasilə vermək lazımdır. Daha doğrusu, uzun müddət yüksək səsli musiqi dinləmək eşitmə qabiliyyətinə mənfi təsir və baş ağrısına gətirib çıxara bilər. Bu barədə L.Sverjezevski adına Otorinolaringologiya Elmi-Tədqiqat Klinik İnstitutunun cərrahı Yevgeniya Qarov danışıb.
O qeyd edib ki, bas adlandırılan aşağı tezlikli səslər zərərli hesab olunur. Onlar qulaq zərinin ən böyük titrəyişimlərini yaradırlar. Bundan başqa, qulaqlıqların uzunmüddətli istifadəsi ona gətirir ki, eşitmə kanalının kükürddən özünü təmizləməsi prosesi çətinləşir. Nəticədə, kükürd tıxacları yaranır.
Bundan başqa qulaqlara uyğun olmayan qulaqlıq ona zərər verə, qulaqlıqda yığılmış kir isə qulaq infeksiyalarına səbəb ola bilər.
Orqanik.az