Yəqin ki, elə bir adam tapılmaz ki, ömründə bir dəfə də olsun qulağında xoşagəlməz bir hiss keçirməsin.
Qulaqda səsin olması, ağırlıq hissi, tıxanma və zəif eşiştmə, arabir sancmaların baş verməsi tıxac olmasının əlamətini göstərir. Qulaqda tıxac göbələk və ya qulaq kiri səbəbindən əmələ gəlir.
Qulağa vatlı-vaxtında, düzgün qulluq edilmədikdə kir yığılır və qulaq keçəcəyini tutur. Əslində qulaqda kirin olması normal bir hal sayılır. Ancaq uzun müddət yığılıb qalan kir narahatçılığa səbəb olur. Bundan başqa uzun müddət antibiotik qəbulundan və müxtəlif səbəblərdən qulaqda əmələ gələn göbələk xəstəliyinin artması səbəbindən də qulaqda tıxac əmələ gəlir.
Bu problemlə rastlaşan adam qulağını təmizləyir, amma istədiyi nəticəni əldə edə bilmir. Ona el gəlir ki, qulağında yenə nə isə qalıb. Həmin o “nə isə”-ni çıxarmaq üçün isə daha da dərinə doğru qulağı təmizləməyə çalışır. Əgər siz də belə hallarla rastlaşıbsınızsa, qulağınızı çox da dərindən təmizləməyə çalışmayın, çünki qulağınıza zərər verə bilərsiniz. Dərindən qulağınızı təmizləməklə siz hətta qulaq pərdənizi cıra bilərsiniz. Bunun üçün həkimə müraciət etmək lazımdır.
Apteklərdə qulaq təmizləmək üçün satılan müxtəlif vasitələrlə də qulağınızı dərindən təmizləmək olmaz. Qoyun bu işin öhdəsindən mütəxəssis gəlsin. Ola bilər ki, həkimin müdaxiləsi sizi bir az ağrıtsın, amma nəticənin zərərsiz olması hər şeydən önəmlidir.
Orqanik.az