Qripdən necə qorunmalıyıq? Həkim TÖVSİYƏLƏRİ

İnsanlar arasında qrip kimi tanınan “Respirator virus infeksiyaları” əsasən soyuq aylarda yayılmağa başlayır.

İlkin əlamətləri boğaz ağrısı, qızdırma və öskürək olan mövsümi epidemiya bəzən ölümlə də nəticələnə bilir. Hər il 250-500 000 insan bu infeksiyaya yoluxur.

Belə olan halda ortaya sual çıxır: “Virusa yoluxmamaq üçün hansı profilaktik tədbirlərə ehtiyac var”?

Orqanik.az publika.az-a istinadən həkim-pediatr Afət İbrahimlinin mövzu ilə bağlı məsləhətlərini təqdim edirik:

– Düzgün qidalanmaq: “Vitamin C tərkibli qidalardan daha çox istifadə etməliyik. Orqanizmi qorumaq üçün soğan, sarımsağa üstünlük vermək, gün ərzində bir neçə dəfə itburnu dəmləməsini qəbul etmək vacibdir”.

– Yuxu rejiminin düzgün qurulması: “Yuxu sistemini tənzimləmək ən vacib məsələlərdən biridir. Gecə yuxusunu almaq şərtdir. Əks halda immunitet zəifliyi artır və insan asanlıqla xəstələnir”.

– Açıq havada olmaq: “İmmunitetin gücləndirilməsi üçün açıq havada olmaq şərtdir. Səhər və axşam ən az bir saat gəzməklə təmiz hava qəbul etmiş olarıq. Bu, virusun məhv edilməsində xüsusi rol oynayır. Xəstə insanla eyni otaqda olarkən məkanı tez-tez havalandırmaqla da virusa yoluxmanın qarşısını almaq mümkündür”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.