Qrip və soyuqdəymədən qorunmaq üçün nə yeməli?

Bəzi balıq növləri, eləcə də süd məhsulları və duza qoyulmuş kələm qışda soyuqdəymə riskini azaldır.

Orqanik.az bildirir ki, bu barədə rusiyalı terapevt Fallahi Nurcahan məlumat verib.

Onun sözlərinə görə, qışda orqanizmin xüsusilə müxtəlif və sağlam qidalanmaya ehtiyacı var, buna görə də rasionda “D” vitamini ilə zəngin olan balıqlar – qızılbalıq, tunes, sardina və sair olmalıdır.

“Bundan başqa süd məhsulları probiotiklər və laktobakteriyalarla zəngindir. Həmçinin qış menyusunda duza qoyulmuş kələm də olmalıdır, çünki təbii fermentasiya ilə tərkibində çoxlu miqdarda vitaminlər, xüsusən də askorbin turşusu və probiyotiklər əmələ gəlir. Proteinli qidalara, o cümlədən heyvani zülallara daha çox diqqət yetirin. O, bizi immunitet üçün vacib olan bir çox amin turşusu ilə təmin edir”, – deyə Nurcahan məsləhət görür.

Həkim təzə tərəvəz və meyvələrin istehlakını azaltmamağın vacib olduğunu vurğulayıb.

“Rasionunuzu nə qədər zənginləşdirsəniz və müxtəliflik olsa, soyuq mövsümdə soyuqdəymə ehtimalınız bir o qədər az olar”, – deyə ekspert sözlərini yekunlaşdırıb. /Orqanik.az

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.