Qrip infeksiyası, xüsusilə B tipi qripp virusu yaşlı insanlarda infarkt riskini 6 dəfə artırır.
Orqanik.az xəbər verir ki, bunu Kanada alimləri araşdırma zamanı aşkar ediblər. Onların müşahidələrinə görə, qrippin ilk 1-ci həftəsi bu mənada xüsusilə təhlükəlidir. Ürək-damar sistemi xəstəlikləri, yüksək təzyiqdən əziyyət çəkən insanlar risk qrupundadır.
Araşdırma zamanı alimlər 20 000 insanın sağlamlıq haqqında məlumatlarını təhlil ediblər.
Bütün bunları nəzərə alaraq alimlər yaşlı insanlara qripp mövsümündən əvvəl qrippə qarşı peyvənd etməyi, qrippə şübhə yarandıqda dərhal həkimə müraciət etməyi tövsiyə edirlər.
Nəzərinizə çatdıraq ki, qripp infeksiyası kiçik yaşlı uşaqlar və yaşlı insanlar arasında daha tez-tez fəsadların inkişafına və ölüm hallarına səbəb olur.
Orqanik.az