Hər mövsüm milyonlarla insan qriplə mübarizə aparır. Qrip, bəzi insanlar üçün yüngül bir xəstəlikdir. Yaşlı insanlar üçün, xüsusilə diabet və ya ürək xəstəliyi kimi sağlamlıq problemləri olanlarda isə təhlükəli ola bilər. Qrip xəstəliyindən ən qısa müddətdə xilas olmaq və ya heç qrip olmamaq üçün bu təbii qidaları istehlak etməlisiniz. Evdə tətbiq edə biləcəyiniz bu faydalı müalicə nəticəsində qripə əlvida deyəcəksiniz. Evdar.az qripə qarşı təbii dərmanların siyahısını təqdim edir.
Qripə qarşı faydalı meyvələrdən kivi, alma və banan yeyin. Banan uşaqlarda ürək bulanması, qusma və ishal kimi simptomlarla mübarizə aparır. C vitamini ehtiva edən portağal immunitet sistemini gücləndirir.
Gün ərzində 2 litr su içmək hər qripi yüngül keçirməyinizə, həm də bədən sağlamlığını qorumağa kömək edəcək.
Bir gündə qripdən xilas olmaq istəyirsinizsə təzə zəncəfil çayı için. Bal istiot, limon, zəncəfil ilə qarışdırıb öskürəyə və qripə qarşı təbii dərman hazırlaya bilərsiniz.
Elmi olaraq toyuq şorbası antienflamatuar təsiri ilə qripi yaxşılaşdırdığı sübut edilmişdir. Aparılan araşdırmalara görə, isti toyuq şorbası bədəninizi bakteriya və viruslardan qoruyan burun yolundakı qısa tüklərin qabiliyyətini inkişaf etdirir.
Güclü C vitamini ehtiva edən itburnu meyvəsinin çayını dəmləyib içə bilərsiniz. Limon, zəncəfil və nanəni də mətbəxinizdən əskik etməyin.
Şorbalarınızı və yeməklərinizi sarımsaqla ləzzətləndirə bilərsiniz. Sarımsağın antimikrobial və immuniteti dəstəkləyən xüsusiyyətləri var.
Yaşıl, qara çay xəstəliklərlə mübarizə aparan antioksidanlarla doludur. Boğaz ağrınızı yüngülləşdirmək üçün çayınıza bir qaşıq dolusu bal əlavə edin və limon sıxın.
Sağlamlığınızın qeydinə qalın!