Qripə qarşı ən yaxşı təbii vasitələr. Xalq təbabəti reseptləri

Mütəxəssislər qripin ilk simptomlarında güclü virus əleyhinə xüsusiyyətləri olan təbii vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

Bu vasitələr qripin gedişatını yüngülləşdirir, bir çox hallarda müxtəlif ağırlaşmaların qarşısını alır. Rusiyalı mütəxəssislər ən güclü belə vasitələri sadalayıblar.

Aloe vera

Orqanik.az Rusiya KİV-lərinə istinadla bildirir ki, bu bitki immun sistemini gücləndirir, virusla mübarizə edir, qripin simptomlarını yüngülləşdirir. Aloe şirəsini eyni miqdarda balla qarışdırıb gündə 2-3 dəfə 1 x.q. olmaqla qəbul edin.

Sarımsaq

Güclü virus və mikrob əleyhinə tasirə malik olan sarımsaq qrip və soyuqdəymə zamanı ən effektli təbii vasitələrdəndir. Sarımsağı tez-tez salatlara əlavə edin. Həmçinin xüsusi sarımsaq suyu hazırlamaq olar. 5 diş sarımsağı blenderdən keçirin, üzərinə 1 stəkan isti (qaynar yox!) su tökün, su soyuyanda süzün, 1-2 x.q. bal əlavə edin. Dəmləməni gün ərzində hər dəfə 1-2 x.q. olmaqla için.

Zəncəfil

Ən güclü virus əleyhinə vasitələrdən biridir. Zəncəfilli-limonlu çay qrip və soyuqdəymənin simptomlarını yüngülləşdirir, öskürək və zökəm zamanı yardım edir, immuniteti gücləndirir, sağalmanı tezləşdirir. Çaya bal da əlavə edə bilərsiniz.

Sarıkök

Mütəxəssislər qrip və soyuqdəymənin ilk simptomlarında bal və sarıkök əlavə olunmuş süd içməyi tövsiyə edirlər. Bu qarışım güclü virus əleyhinə vasitədir. 1 stəkan çox da isti olmayan südə (təxminən 40 C) 1 c.q. sarıkök və 1 x.q. bal əlavə edin, qarışdırın və için.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.