Qarın, qoyun və mal-qara kimi heyvanların mədələrində olan dörd gözlü hissələrdən ən geniş olanıdır. Mədəni rahatlaşdıran, soyuqdəymə, qrip kimi xəstəliklərə qarşı immuniteti gücləndirən qarın eyni zamanda sümüklərin güclənməsinə də köməkçi olur. Xüsusilə qış aylarında bol-bol istifadə edilən qarın bədən müqavimətini artırır. Ancaq qarnın təmizlənməsi çətin olduğu və tam olaraq təmizlənib təmizlənmədiyindən əmin olunmadığı üçün ümumiyyətlə hazır təmizlənmiş qarına üstünlük verilir. Evdar.az qarnı könül rahatlığıyla bişirib yeyə bilməyiniz üçün, addım-addım təmizlənmə üsullarını təqdim edir.
İÇİNDƏKİLƏR
Qarını Soyuq Suyla Yuyun
Qarını təmizləmək üçün ilk addım 5-6 dəfə soyuq suyla yumaqdır. Yuma zamanı əllərinizin iy verməməsi üçün əlcəklərdən istifadə etməyi unutmayın.
Qaya Duzuyla Ovun
Qarının üzərindəki təbəqəni çıxartmaq üçün, 2-ci addım qaya duzuyla ovmaqdır. Əgər qarın saralıbsa hər tərəfini qaya duzuyla yaxşıca ovun. Əgər saralmayıb, ağdırsa bu prosesi etməyə bilərsiniz.
Qarını Çirklərdən Təmizləyin
Qaya duzu, qarının üzərindəki səthi çirkləri təmizləyir. Ancaq bu qidanın yaxşıca təmizlənməsi üçün diş fırçası və ya bıçaqdan istifadə edə bilərsiniz. Qarının iç qisimini, bıçaqla qazıyaraq təmizləyin. Xaricindəki pətəkli qisimləri isə təmiz bir diş fırçasıyla ovuşdura bilərsiniz.
Ağ Sirkəylə Yuyun
Üzərindəki kirləri qaya duzu, diş fırçası və bıçaqla təmizlədikdən sonra, tamamilə təmizlənməsi üçün ağ sirkə ilə yuyun. Qarının hamısını ağ sirkəylə yuduqdan sonra təkrar soyuq sudan keçirməyi unutmayın.
Sodalı Su Hazırlayın
Qarını dərindən təmizləmək üçün bir qazanı suyla doldurun və qaynadın. Su qaynamağa başladıqda soda əlavə edərək qarışdırın. Daha sonra qarını sodalı suya batırın. 1-2 dəqiqə gözləyin və çıxardın. Əgər qarını bu suda uzun müddət gözlətsəniz bərkiyəcək.
Son Dəfə Təmizləyin
Qarını sudan çıxartdıqdan sonra üzərində hələ də kir varsa, bıçaq köməyiylə təmizləyin və soyuq suda durulayın. Beləliklə qarın tamamilə təmizlənmiş olacaq.
Qarını Dilimləyin
Qarın təmiz və ağ olduqdan sonra reseptdə istifadə edəcəyiniz formaya uyğun olaraq dilimləyin. Soyuq havaların əvəzolunmaz yeməyi Xaş və ya Kəllə paça yeməyinə əlavə edib bişirə bilərsiniz.