Qorxu və təşviş içində olanlar üçün – Psixoloqdan sakitləşdirici metodlar

Son zamanların ağır pandemiya və müharibə durumu insanların psixikasına ciddi zərbə vurub. Müharibə dövrü yaşayan insanda beyin fövqəladə rejimdə işləyir və təşviş, qorxu rıçaqları işə düşür.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, psixoloq Yelizaveta Safina stresi azaltmaq və təşvişdən xilas olub sakitləşmək üçün bir neçə metod açıqlayıb.

Ekspert hiss olunan emosiyaları söndürməməyi, əksinə izləməyi tövsiyə edir.

“Təşvişlə baş etməyin birinci yolu neqativ hiss və qorxudan qaçmamaq, onu qəbul etmək və bu gün bu hissləri yaşadığını etiraf edib qəbullanmaq, onlarla müharibə aparmamaqdır.
Yaxınlardan, dostlardan, ailədən bu hissləri gizlətməyin, yalandan hər şeyin yaxşı olması təəssüratı yaratmayın. Doğmalardan yardım, dəstək istəyin. Sizi bu hisslərə görə qınayan, anlamayan insanlarla isə ünsiyyətdən çəkinin.
Əgər qorxu çox güclüdürsə, özünüzə və ailənizə görə narahatsızsa, qorxunuzu, səbəbləri və hisləri kağıza yazın. Bunu dəfələrlə edin. Yazdıqca o hissin elə də qorxulu olmadığını görəcəksiz. Hər qorxunun yanında ondan çıxış yolları, variantları yazın. Bunları oxuduqca xilas yolunun olduğunu görüb sakitləşəcəksiz.

Çalışın xırda motorikanı aktivləşdirəsiz. Yüksək enerji tələb edən işlərlə başınızı qatmaqdansa, toxumaq, iynə işi, nəsə çəkmək, paxla, mərci, qarabaşaq təmizləmək, qısası əl barmaqlarının ucu ilə aktiv işləyə biləcəyiniz bir işlə sakitləşmək mümkündür.

Eləcə də gündə 5 dəfə bir kənara çəkilib, sakit musiqi altında bədən və üz əzələlərini boşaltmağa çalışın. Əvvəlcə gərginliyi alın, gözlər, üzdən götürün, üz, boyun hissəni tam boşaldın. Daha sonra bədənə keçin.

Dərindən nəfəs alıb, 5-ə kimi sayıb, sonra uzun nəfəsvermə etmək də beyini sakitləşdirir.

Əsəbi gərgin insan nə qədər təmiz havada çox olsa, dərindən nəfəs məşqləri etsə, su ilə ünsiyyətdə olsa bir o qədər oksigen dövranı artar, beyin spazmı baş verməz”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.