Bu hormon follikulstimulyasiyaedici hormon sayılır, follitropin və lütropin olmaqla 2 cürdür.
Qonadotrop hormonlar hipofizin bazofil heceyrələrində sintez edilir. Yumurtalıqlarda olan follikul hüceyrələri və kişi cinsiyyət vəzisinin sertoli hüceyrələri follikulstimulyasiyaedici hormonun hədəfləri hesab edilir. Follikustimuledici hüceyrələr yumurtalıqlarda follikul hüceyrələrinin inkişafını stimulyasiya edir. Mensturasiya dövrünün birinci mərhələsində qan serumunda foliikulstimulyasiyaedici hüceyrələrin miqdarı azalır, lütropinin miqdarı isə artır.
Follikulstimulyasiyaedici hüceyrələr kişi cinsiyyət vəzilərində spermatogenez prosesini sürətləndirir, seratoli hüceyrələrinin və spermatogen epitel hüceyrələrinin poliferasiyasını tənzim edir, burada testosteron birləşdirici zülalın sintezini stimulyasiya edir.
Qonadotrop hormonlarının sekresiyası mərkəzi sinir sistemi və hipotalamus vasitəsilə tənzim edilir. Bu zaman qanda estrogenlərin qatılığı artdıqda, lütropin hüceyrələrin miqdarı azalır. Kişi orqanizmində inhibin, qadın orqanizmində isə follikulostatin follikulstimulyasiyaediici hüceyrələrin inhibitorlarıdır.
Hormonal aktivliyə malik olan inhibin və follikulstatın qonodotropinlərin sekresiyasını həm bilavasitə qonodofil hüceyrələrə təsir etməklə, həm də hipotalamusda qonodaliberinin sekresiyasını dayandırmaq yolu ilə ləngidə bilir.
Orqanik.az