Qocalmaq və xəstəliklərin qarşısını alan 10 yemək qaydası

Bir çox alimlər uzunömürlülüyün sirlərini araşdırır, onun səbəblərini müəyyənləşdirməyə çalışırlar. Bu araşdırmalar fonunda hər araşdırmadan bir avaz gəlir. Uzunömürlülüyün sirri hələ ki, tapılmasa da, cavan qalmağın üsulları təcrübəylə təsdiq olunub.

Orqanik.az Orqanik.az-a istinadən cavanlığı qorumağın tərübədən keçirilmiş 10 üsulunu təqdim edir:

Rasionun çox hissəsini bitki mənşəli qidalar təşkil etməlidir

Tam taxıllar və paxlalılar ilboyu istifadə edilməlidir. Tərəvəzləri mövsümə görə ya təzə halda, ya da bişmiş şəkildə istifadə etmək olar. Əsasən də göyərtilərdən çox istifadə edilməlidir.

Həftədə 2 dəfədən çox ət yeməyin

Ət qida rasionunun əsas hissəsi olmamalidir. Çalışın ki, hər dəfə əl içi boyda ət yeyəsiniz. Yaxşı olardı ki, ət yemə tezliyi ayda 5 dəfədən çox olmasın. Daha çox kənd toyuğuna və qoyun ətinə üstünlük verin.

Hər gün 100 qr balıq əti yeyin

Ən yaxşı seçim sardina, ançous, treska balıqlarıdır. Çünki bu balıqların tərkibində civənin miqdarı azdır, kimyəvi maddələr isə demək olar ki, yoxdur.

Süd və süd məhsullarının istifadəsini azaldın

İnsanın həzm sistemi inək südünün tərkibində olan yağları və şəkəri həzm etmək üçün yaramır. Kalsiumu isə bitkilərdən, məsələn kələmdən də əldə etmək olar.

Həftədə 3 ədəd yumurta yeyin

Bir dəfəyə cəmi 1 yumurta yeyin. Yumurta yedikdə yanında meyvə, sıyıq və ya tam taxıllı çörəkdən istifadə din.

Gün ərzində yarım fincan paxlalılardan istifadə edin

Mərci, ağ lobya və digər paxlalılar uzunömürlülərin əsas qidalarından hesab olunur. Paxlalıların tərkibində orta hesabla 21% zülal, 77% karbohidrat var. Bu bitkilər həm də zəngin lif mənbəyi sayılır.

Şəkər istifadəsini azaldın

Uzuznömürlü insanlar şəkərdən demək olar ki, istifadə etmirlər. Onun yerinə onlar çaylarına bal əlavə edirlər. Çalışın ki, çayınıza 4 çay qaşığından çox şəkər əlavə etməyəsiniz. Şirin qidalardan uzaq durmağa çalışın.

Gün boyunca bir ovuc qoz yeyin

Harvard Universitetinin alimlərinin araşdırması göstərib ki, mütəmadi olaraq qoz yeyən insanlar arasında ölüm halları 20% aşağı olur. Qoz həmçinin də insanın “zərərli” xolesterininin səviyyəsini azaldır.

Çoxlu su için

Su içmək bədəndə tromb əmələ gəlmə riskini azaldır. Yaxşı olar ki, təmiz, əlavəsiz sudan istifadə edəsiniz.

Yaşıl çay və bitki çaylarından istifadə edin

Yaşıl çay ürək-damar xəstəliklərini və xərçəngin bir çox növlərini yox edir. Rozmarın, şalfey, həmçinin də bir sıra digər çay növləri iltihabəleyhinə xüsusiyyətlərə malikdir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.