Qırmızı, acı bibər (Capsicum frutescens) haqqında

Qırmızı, acı bibər (Capsicum frutescens) haqqında ümumi məlumat
Qırmızı və acı dada malik olan bibər boyu 60 santimetrə qədər qalxa bilən bibər kolunun məhsuludur. Bu bibər bostanlarda və iri sahələrdə tərəvəzçilər tərəfindən yetişdirilir. Qırmızı, acı bibərin iri ağ və ya bənövşəyi rəngə çalan çiçəkləri olur. O birillik bostan bitkisi olub, əsasən isti havalarda yetişir. Bibər istisevər bitki olub, acı dada və xüsusi qoxuya malikdir. Onun tərkibində olan fenol birləşmələri bolqar bibərinin tərkibində olduğundan qat-qat çoxdur. Onun ölçüləri adi qırmızı bibərin ölçüsündən kiçikdir. Qırmızı, acı bibəri qurutduqdan sonra toz halına salır və ədviyyat kimi istifadə edirlər.
Botanika elminə bibərin 2000-ə yaxın növü məlumdur. Onlar bir-birindən rənglərinə, formalarına və yandırıcılıq qabiliyyətinə görə fərqlənirlər. Ən məşhur bibər növü isə çili bibəri sayılır.
Qırmızı, acı bibər (Capsicum frutescens)nın Tərkibi
Acı bibərin tərkibində çoxlu efir və müxtəlif yağlar, boyaq maddələri, P, B1, B2, C vitaminləri var. Onun tərkibində acı dadın meydana çıxmasına səbəb olan kapsaisin şirin bibərin tərkibində olandan 20 dəfə çoxdur. Bu bibərə çox toxunduqda dəridə yanıq izləri əmələ gələ bilir. Avropa ölkələrinin əhalisi acı bibərdən Afrika ölkələrinə nisbətən az istifadə edilir.
Qırmızı, acı bibər (Capsicum frutescens)nın Xeyri
Yandırıcı bibər ən yaxşı iştahaçıcı dərman sayılır. Bu məqsədlə bəzən onun spirtdə saxlanılmış cövhərindən istifadə edilir. Bu qarışım gündə 10-15 damcı qəbul eləmək iştahanı normallaşdırır. Bu ürəyin, böyrəklərin, mədənin işini də rahatlaşdırır.
Acı istiot bağırsaq narahatçılıqlarından əziyyət çəkən xəstələr üçün əsil dərman sayılır. Belə ki, acı bibər güclü bakteriasid təsirə malikdir. Onu miozitlər, revmatizm, poliartrit, podaqra, yuxarı tənəfüs yollarının kataral xəstəlikləri zamanı yeməkdə fayda var. Ondan hazırlanan mazlar və kremlər əzələ və oynaq ağrıları zamanı istifadə edilir.
Ev şəraitində də acı bibər yağı hazırlayaraq ağrılar əleyhinə istifadə eləmək mümknüdür. Bunun üçün acı bibərdən cövhər hazırlayıb üzərinə miqdarından 3 dəfə artıq bitki yağı əlavə edərək ağrıyan yerlərə sürtmək lazımdır. Bu mazlar donma zamanı çox faydlıdır. Acı bibərdən müxtəlif plastrlar da hazırlanır ki, bu plastrlar ağrını aradan qaldırmaq üçün istifadə edilir.
Acı bibərdən turşuların hazırlanması zamanı geniş istifadə edilir. Onu tək halda da marinadlaşdırıb müxtəlif yeməklərin hazırlanması zamanı istifadə edilir.
Qırmızı, acı bibər (Capsicum frutescens)nın Ziyanı
Acı bibər müxtəlif digər qida vasitələri kimi hamıya eyni təsir bağışlamır. Stenokardiyası, xəstə böyrəyi olanlara acı bibər yemək olmaz. Qara ciyərin kəskin xəstəliklərindən əziyyət çəkənlərə də acı bibər yemək tövsiyə edilmir. Acı bibər yemək bəzi adamlarda dəri qaşınmalarına səbəb ola bilir. Bibərdən istifadə etdikdən sonra əlləri yaxşıca yumaq lazımdır. Bibərə toxunmuş əllərlə gözlərə toxunmaq gözlərin yanmasına səbəb olur. Acı bibər ağızı yandırdıqda su ilə yanğı hissini yatışdırmaq mümkün olmur. Amma, qatıq və ya süd qəbul eləmək yanğı əlamətlərinin azalmasına səbəb olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.