2021-ci ilin son ayında Texas ştatında süd vəzi xərçənginə həsr olunmuş beynəlxalq simpoziumda qadınlarda xərçəngin və digər xroniki xəstəliklərin yaranma səbəbləri açıqlanıb.
Orqanik.az xəbər verir ki, Fransa alimlərinin apardığı elmi araşdırmada qida əlavələri, süni rəngləndiricilər, trans yağlar, nitrat və nitritlərin xərçəng riskini artırması sübut olunub.
Nutrinet-Sante adlanan elmi işdə 171 min iştirakçı araşdırılıb.
“Nitrat və nitritlət termiki işlənmiş ət, ət məhsulları, kolbasa, sosisdə istifadə edilir. Bu əlavə maddələr məhsulun rəf və saxlanma müddətini uzadır, xarab olmağa qoymur. Tədqiqat zamanı 3311 nəfərdə xərçəng aşkarlanıb, onların 966-sı süd vəzi, 400 prostat xərçəngi idi. Qidalarında nitrat və nitritlər çox olan qadınlar arasında süd vəzi xərçəngi riski 25% artır.
Kişilərdə isə bu rəqəm 58%-dir”.
Professor Şazelasın fikrinə görə, qida əlavəsi olan nitratlar süd vəzi, nitritlər isə prostat xərçəngini artırır.
Alimlər zərərli qida əlavələrinin kod adlarını belə sıralayıblar.
– Süni rəngləndirici – aspartam E 951
– Asesulfam kaliy – E 950
– Sukrolaza – E 955
Bu maddələr piylənmə, diabet, süf vəzi və prostat xərçəngi yaradır
_ Eləcə də hazır qidalara qatılan süni şirinləşdirici dadlandırıcılar 25% hallarda xərçəng yaradır.
Süni şirin dadlandırıcı və rəngləndirici maddələr marketlərdə və satışda olan 10 000 adda ərzaq və içkilərdə var.
Eləcə də qida sənayesində istifadə olunan trans yağ turşuları, marqarin və spred yağlar fast-food və şirniyyatların hazırlanmasında istifadə olunan yağdır.
Onlar da piylənmə, diabet, qadınlarda süd vəzi, kişilərdə prostat xərçəngi riskini 25-50%-ə qədər artırır.
“Elmi araşdırmaların bu nəticələri göstərir ki, ÜST qida sənayesində ərzaqlardan bu yağları istisna etməli və çıxarmalıdır. İnsanlar hidrogenirizə olunmuş yağlar olan qidalardan uzaq durmalıdır.
Aşağı keyfiyyətli və zərərli tərkibli qidaların reklam və marketinqi məhdudlaşdırılmalıdır. İstehsalçılar öz məhsullarında bu maddələri azaltmaldır. Xüsusən uşaq qidaları yüksək keyfiyyətli olmalıdır”. /Orqanik.az
Orqanik.az