Qida allergiyası və qida dözümsüzlüyü bir-birinə klinik olaraq bənzəsələr də, onları eyni qiymətləndirmək düzgün deyil. Doğrudur, hər iksində də mədə-bağırsaq sistemi ilə bağlı əlamətlər üzə çıxır. Lakin qida dözümsüzlüyü sırf fermentlə bağlıdır. Burada ferment çatışmazlığından söhbət gedir. Qidalanma zamanı fermentin miqdarında artımı və ya fermentin kənardan daxil olması hallarını tənzimləmək olar.
Orqanik.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun allerqoloqu Çinarə Novruzova nazirliyin rəsmi instaqram səhifəsində “Uşaqlarda mövsümi allergiya” mövzusunda canlı yayımda deyib.
Mütəxəssisin sözlərinə görə, qida allergiyasında isə qida qəbulu zamanı reaksiya əmələ gəlir və orqanizmdə desensibilizasiya yaratmaq mümkün olan zaman aradan qalxır. Odur ki, klinik olaraq bənzəsələr də, tamamilə fərqli anlayışlardır.
Orqanik.az