Qida borusunun hərəki funksiyasının peristaltika fonunda qeyri -spesifik pozğunluğunun əsas əlamətləri bunlardır:
– ağrı
– disfaqiya
* Döş sümüyünün yuxarı və orta1/3-də müxtəlif intensivlikli ağrıların olması.
Ağörılar adətən qida qəbulu,udqunma zamanı meydana çıxır.Bir qayda olaraq ağrılar davamlı deyil,müstəqil və ya antasidlərin qəbulu və ya bir udum su qəbulundan sonra keçə bilir.
* Disfaqiya nadir hallarda müşayət olunur.
Rentgenoskopiyada qida borusu divarının udqunma zamanı əmələ gələn qeyri-propulsiv və qeyri-peristaltik yığılması qeyd olunur.Qida borusunun hərəki pozğunluğunu birinci növbədə aşağıdakı xəstəliklərlə differensasiya eləmək lazımdır:
– kardiyanın axalaziyası
– qida borusunun xərçəngi
– qastroezogageal reflyuks
– ürəyin işemik xəstəlikləri
Xəstəliyə dəqiq diaqnoz qoymaq üçün qida borusunun bir-neçə müayinəsi aparılmalıdır:
– rentgenoskopiya
– ezofaqoskopiya
– qida borusunun pH metriyası
– qida borusunun manometriyası
– qida borusuna xlorid turşusu yeritməklə sınaq
– elektrokardioqrafik nəzarət altında rezin balonun şişirdilməsi ilə dilatasion sınağı
Orqanik.az